Solğun dəri üçün bağa yarpağından maska
Təzə və yaxşıca yuyulmuş bağa yarpağını xırda-xırda doğrayın. bir xörək qaşığı xırdalanmış bağa yarpağının üzərinə bir az ilıq su və bir çay qaşığı bal əlavə edin və yaxşıca qarışdırın. Üzünüzə çəkin 15-20 dəqiqə sonra suda isladilmış pambıqla üzünüzü silin.
Solğun dəri üçün qliserinli maska:
Bir çay qaşığı qliserinə bir çay qaşığı bal və 2 xörək qaşığı qaynadılmış ilıq su əlavə edin. Yaxşıca qarışdırın və üzünüzə çəkinş 15-20 dəqiqə sonra isti su ilə yuyun.
Solğun dərinin elastiliyinibərpa edən və qidalandıran maska:
bir çay qaşığı balın üzərinə bir xörək qaşığı qaymaq (və ya iki xörək qaşığı süd) əlavə edin və qarışdırın. Üzünüzə çəkin və 10-12 dəqiqə saxlayın. Sonda əvvəl isti sonra isə soyuq su ilə üzünüzü yuyun.
Tarix: 23.06.2013 / 16:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri