Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyinizlə göz qamaşdırın!

Makiyajdan tutmuş saç modelinə qədər, qısaca gözəlliyə təsir edən hər bir şeyin bir də xüsusi texnikası var. Əgər siz də əsas məqamları bilsəniz, peşəkarlar kimi qayğınıza qala bilərsiniz.



Üstəlik, dərinizin rəngi açıqdırsa siz daha da diqqətli olmalısınız. Bəs onda sizin üçün gərəkli olanlar nədir?

Açıq dərili xanımlara əsasən, çəhrayının müxtəlif tonları və digər mat rənglər yaraşır. Belə rənglərlə onlar daha baxımlı görünə bilər. Vacib olan məqam dəridəki kiçik qüsurları və gözaltında olan ləkələri korrektorun köməkiyi ilə görünməz hala gətirməkdir.
Mütəxəssislər məsləhət görürlər ki, gündüz saatlarında qəhvəyi rəngli tuş nə qədər vacibdirsə, axşamlar qara rəngli tuş bir o qədər önəmlidir. Kirpiklərinizə tuş vurmazdan əvvəl onlara az miqdarda fırçayla kirşan səpə bilərsiniz, beləcə tuşdan sonra kirpikləriniz daha dolğun və həcmli görünəcək.

Göz qapaqlarınızı makiyaj edərkən xaricə doğru rəngləri tündləşdirsəniz gözləriniz xüsusi cazibədar görünər, baxışlarınız isə dərinləşər.

Təbii makiyaja üstünlük verənsinizsə, o zaman çəhrayı və bej rənglərini seçin. Belə olan halda daha təbii görünəcəksiniz, hətta elə təsir bağışlaya biləcəksinizki, guya heç makiyaj etməmisiniz.

Soyuq çəhrayı və meyvə tonları, açıq rəngli dodaq boyaları dodaqlara daha da canlılıq qatar.

Saçlarınız sarıdırsa, cəlbedici çəhrayı rəngli dodaq boyası məhz sizin üçündür. Mat və tünd rənglər isə dodaqları daha incə göstərər.

Saçlarınız tünd rəngdədirsə, dodaqlarınıza tünd böyürtkən boyasını vurun. Amma unutmayın ki, dodaq boyasından da əvvəl dodaqlarınıza kirşan vurmalısınız.


Tarix: 22.06.2013 / 12:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...