"Gənc qızları barlardan gecə saat 2-3 radələrində gətirirlər”
Son zamanlar gecə barlarından spirtli içkilərdən sərxoşluq diaqnozu ilə gənc qızların xəstəxanaya gətirilməsi halları artıb. Bu barədə məlumatı AzNews.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib. Onun sözlərinə görə, həftə ərzində belə hallar 2-3 dəfə təkrarlanır:
"Gənc qızları barlardan gecə saat 2-3 radələrində gətirirlər. Burada onların mədələri yuyulur, onlara zəruri tibbi yardım göstərilir və evə buraxılırlar”.
Bir çox hallarda həmin şəxslərin özləri barədə məlumat verməkdən imtina etdiyini deyən şöbə müdiri belə hallarda polisə müraciət olunduğunu bildirdi: "Belə olduqda polisə müraciət edirik ki, araşdırılsın və belə halların təkrarlanmasının qarşısı alınsın. Buna baxmayaraq müraciətlər davam edir”.
Alkoqolu içkilərin təsirindən xəstəxanaya gətirilən gənc qızların əsasən 19-20 yaş aralığında olduğunu deyən A. Maqsudov daha bir maraqlı açıqlama verdi:
"Belələri adətən milli mənsubiyyət baxımından qarışıq ailələrdə dünyaya gələn qızlar olur. Aralarında azərbaycanlı qızlara nadir hallarda təsadüf edilir”.
Tarix: 11.06.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri