Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız gələcəyin anasıdır!

Bildiyimiz kimi bu yaxınlarda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yaxın gələcəkdə Azərbaycanda demoqrafiq təhlükənin yaranacağından narahat olduğunu bildirib. UNİCEF- lə birgə aparılan araşdırmalar göstəriri ki, ailələr 1-2 uşağa meyillidirlər.

Buna səbəb sosial problemlərdir. Araşdırmalar eyni zamanda Qadınların qız uşaqlarını dünyaya gətirməkdən imtina etdikləri və beləcə oğlan uşaqlarının sayının artması, qız uşaqlarının isə sayının azalması ilə əlaqədar millətin genetik fondunun təhlükə qarşısında olduğu bildirilir. Qız uşaqlarının doğulmamışdan məhv edilməsi eyni zamanda gələcəkdə oğlanların başqa millətdən evlənməsinə gətirib çıxara bilər ki, bu da millətin get-gedə zəifləməsi deməkdir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədəki vəziyyətin parlament səviyyəsində müzakirə edilməsini istəyir.

"Lider Qadınlar" ictimai Birliyinin sədri, Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsini bu məsələni qaldırdığı üçün alqışladığını qeyd etdi.

Azəri-Türk Qadınlar Birliyinin Sədri Tənzilə Rüstəmxanlı "Bu artıq qadınlara qarşı soyqırımdır. Bunu dərhal araşdırıb, qarşısını almaq lazımdır" deyir.

Həkim ginekoloqların məlumatına əsasən deyə bilərik ki, xanımlarımızın evdə bir qızı varsa, ikinci dölün qız olduğunu müəyyənləşdirən kimi, hətta öz sağlamlıqlarını təhlükə altına ataraq əməliyyat nəticəsində hamiləliyi yarımçıq saxlamalı olurlar. Buna səbəb isə əsrlərdən bəri şərq aləmində qız uşaqlarına qarşı formalaşmış təfəkkürün hələ də dəyişməz olaraq qalmasıdır. Xanımları bu əməliyyata vadar edən səbəb ailədə ikinci qız uşağının istənilməməsidir. Qeyd edim ki, bu tendensiya yeni deyil.

Hələ qədim zamanlarda ərəblər yeni doğulan qız uşaqlarını diri-diri basdırırdılar. Bəziləri isə qız uşaqlarının Allahın onlara göndərdiyi bəla hesab edərək, onlara ailənin kor bağırsağı kimi yanaşırdılar. Şərqdə erkən nigahların səbəbi də budur. Şərq ailəsi qız uşaqlarından mümkün qədər tez yaxa qurtarmağa çalışır, onlara əlavə yük kimi baxırlar. Hətta indi "Qız yükü, duz yükü" deyimi öz aktuallığını saxlamaqdadır.
Yalnız islam dini yaranandan sonra qız uşaqlarına münasibət nisbətən dəyişməyə başladı. Quran qadınlara xeyli hüquqlar verib onların diri-diri basdırılmasını yasaqladı. Ancaq Quranda qadına münasibət dəyişsə də şərq təfəkkürü dəyişməz olaraq qaldı. Bu gün də əksər şərq, o cümlədən Azərbaycan ailələrinin əksəriyyətində qız uşaqlarının dünyaya gəlməsini bədbəxtlik rəmzi kimi dəyərləndirənlər də vardır. Bəkə də çoxları etiraz edə bilər, ancaq fakt faktlığında qalır.İndi 21-ci əsrdir və qız uşaqlarını diri-diri basdırmağa ehtiyac yoxdur. Tibb və texniki imkanlar qız uşağının hələ rüşeym halında ikən məhv edilməsinə imkan verir. Mahiyyət dəyişməyib, dəyişən yalnız formadır...

Bir çox inkişaf inkişaf etmiş ölkələrdə hamiləliyin yarımçıq saxlanılması cinayət məsuliyyətinə səbəb olur. Bu əmələ hamiləliyi saxlayan həkim də, əməliyyata daxil olan qadın da məsuliyyət daşıyır. Bəs Azərbaycanda necə, bu əməlin cinayət hesab edilməsinin vaxtı gəlməyibmi?

Unutmayın ki, əməliyyatla məhv etmək istədiyiniz bu günün fidanları gələcəyin analarıdır.. .Övlad isə bizə Allahın hədiyyəsidir...

Həzrət Məhəmməd (s.a.s.) Peyğəmbər buyurmuşdur:

" Cənnət anaların ayaqları altındadır"

" Qadınlara yaxşılıq insanı cəhənnəm odundan qoruyan pərdə kimidir."

" Övladlarınız arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsə idi, mən qızları üstün tutardım."

" Övladlarınızla xoş rəftar edin, onlara qarşı ədalətli olun, birini o birindən üstün tutmayın.


Tarix: 13.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...