Həmişə kişilər şikayətlənirlər: 'qadınların dilini bilən varsa mənə də söyləsin' deyə… Tapıldı..! Qadınların dili tapılıb.
Hekayədə, ata evlənmək üzrə olan oğluna qadınlarla xoşbəxt yaşamaq üçün tövsiyə verir. «Oğlum bir həftə sonra evlənir. Məsuliyyət sahibi bir ata olaraq ona öyüd-nəsihət verməyim lazımdır. Lakin bunu evdə edə bilmərəm çünki anası rahatlıqla öyüd-nəsihət verməyimə imkan vermiyəcək, sözü ağzımdan qapıb özü davam edir. İş yerimdən oğluma zəng etdim, 'Axşam yeməyini çöldə birlikdə yeyək. „dedim. Dəniz kənarındakı bu gözəl restoranda indi onu gözləyirəm. Gəlir aslan parçası, yaraşıqlılıqda da mənə oxşayıb. Yan masadakı qızlar gözləriylə oğlumu süzürlər. Baxmayın qızlar, onun bağı çoxdan bağlanıb. Xoş beşdən sonra mövzuya girirəm. Oğlum həftəyə toyun var, bir ata olaraq sənə bəzi mövzularda yol yorğan göstərməliyəm. Uşaqlığında yaramazlıqlar törətdiyi vaxtlardakı kimi birdən birə qızardı. Köpəyoğlu nə deyəcəyimi bildi deyəsən :)
-Ata mən iyirmi altı yaşım var, bəzi şeyləri bilirəm artıq.
-Ay sənin o bilirəm zənn etdiyin mövzularda da çox bilmədiyin şeylər var amma mən o mövzulardan danışmayacam. Kaş ki danışa bilsəydik, amma hələ o qədər müasir ola bilmədim. Rahat bir nəfəs aldı…
-Neçə dil bilirsən oğlum?
-İngilis, Rus, bir də fransız dili.
-Bu gün mən sənə dördüncü dili öyrədəcəm.Dilin adı Bükcə. Qadınlar tərəfindən istifadə edilir. Sən buna 'qadın dili “də deyə bilərsən. Güldü.
-Qadınların ayrı bir dili var?
-Təbii ki. Əgər qadın dilini bilsən, bir qadınla yaşamaq dünyanın ən böyük ləzzəti olar, amma bu dili bilməsən həyatın bərbad olar. Ona görə bir qadınla xoşbəxt olmaq istəyən hər kişi Bükcə dilini bilməlidi Yaxşı, bəs niyə Bükcə?
-Çünki qadınlar danışarkən, ümumiyyətlə söyləyəcəkləri sözü dəqiq danışmaz. Əyib bükərlər; onun üçün dilin adını; Bükcə „qoydum.
— 'Bükcə çətin bir dildi? “Deyə soruşdu gülərək.
-Mənə bax, çox əhəmiyyətli bir mövzu haqda danışıram, amma sən məzələnirsən mənimlə, bir az ciddi qəbul elə movzunu. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə bu dili bilməyin çox əhəmiyyətlidi. Çünki qadınlar sözü bükərək bükcə danışarlar sonra da sənin sözün doğrusunu anlamağını gözləyərlər. Fəlsəfəsini anlasan asan, anlamasan çətin. Məsələn Çinli bir arvadın var, sən arvadına Fransızca „səni sevirəm“ deyirsən amma o fransızca başa düşmür. Fransızca „səni sevirəm“ -in onun üçün bir mənası yoxdur. Ona Çincə səni sevirəm dedikdə səni anlaya bilər.
-Oldu ata, haqlısan ciddiliklə dinləyirəm. Yaxşı, səncə qadınlar niyə bizimlə eyni dildə danışmırlar, demək istədiklərini birbaşa demirlər?
-Məncə bir neçə səbəbi var. Birincisi, romantik olduqları üçün, xeyr cavabı alıb qırılmaqdan qorxduqlarından sözlərini də bilvasitə söyləyirlər. İkincisi, qadınlar dünyaya analıq kimi ali hislə gədikləri üçün onların ünsiyyət qabiliyyətləri çox güclüdü.
-Bu mövzuda biz kişilərdən bir sıfır öndədir yəni.
-Nə bir sıfır oğlum, ən az on sıfır öndədirlər. Fikirləş də, hələ danışmayan, kiçik bir uşağın belə üz ifadəsindən nə demək istədiyini dərhal anlayırlar. İşin pis tərəfi oduki, özləri ləb demədən ləbləbini anladıqları üçün biz kişiləri də özləri kimi zənn edirlər. Onun üçün ləb deyib gözləyirlər. Hətta bəzən, ləb demək məcburiyyətində qaldıqları üçün belə qəzəblənərlər. „Niyə ləb demək məcburiyyətində qalıram da o düşünmür?“ deyə ürəkləri sıxılır.
-Mənim də bəzən Nuray-la belə problemlərim olur. 'Niyə düşünmədin? „deyə acıqlanır mənə.
-Qəzəblənərlər oğlum, qəzəblənərlər. Qadınlar incə düşüncəlidirlər, diqqətcildirlər, kiçik şeylər nəzərlərindən heç qaçmaz. Bizim də özləri kimi düşüncəli olmamızı gözləyərlər, lakin kişilər onlar kimi deyil. Biz konkret əsas nöqtəyə diqqət yetirərik, onlar isə hər detala. Beyinlərimiz belə işləyir.
-Bəs onda nə olacaq, yoxdu bu işin çarəsi?
-Var oğlum,var. Bükcə'ni öyrənəcəksən, bunun üçün buradayıq. Hazırsan? -Hazıram ata.
-Bükcə bol söz istifadə edilən bir dildir. Biz kişilərin on söz ilə izah etdiyi bir mövzu, Bükcə'də ən azı yüz söz ilə izah edilir. Dinləyəndə səbirli olacaqsan. Məsələn arvadın o gün özünə paltar aldı. Bunu sənə 'Bu gün bir paltar almışam. “Deyə söyləməz. Geyimlər almaq üçün çölə çıxdığından başlayır, neçə mağazaya getdiyindən, almaq üçün neçə paltar yoxladığını, endirimlərdən, yolda gördüyü tanışlarından, alarkən etdiyi bazarlıqla davam edər və sənə böyük bir hekayə danışarlar.
-Hekayə dili yəni.
-Eynilə. Sən ağıllı bir kişi olaraq ona əsla, 'Hekayə izah etmə, əsas fikrə gəl, qısa kəs. » deməməlisən. Belə bir şey desən, batdın. İstər elə də, istəsən 'səni sevmirəm. " de. İki halda da 'səni sevmirəm «demiş olacaqsan.
-Nə əlaqəsi var ata 'səni sevmirəm „deməklə' qısa izah et“ deməyin?
-Çox əlaqəsi var. Qadınlar dinlənmədikləri zaman sevilmədiklərini düşünürlər.
-Bu maraqlıdı. Bükcə-də dinləmək sevməkdir deyirsən.
-Eynilə. Davam edək. Bükcə eyhamla dolu bir dildir. Qadınlar danışarkən bir şeylər eyham etməyi sevərlər. Biz kişilər də nəyəsə işarə edərmişcəsinə danışırıq deyə düşünürlər və gözlərimizlə onlara nə demək istədiyimizi həll etməyə çalışırlar. Halbuki kişilərin eyham qabiliyyəti çox inkişaf etməmişdir. Bizim fikrimi elə dediyimiz şeydir. -Keçən həftə Nuray mənə 'Bir neçə kilo daha arıqlasam gəlinliyin içində daha yaxşı duracam. „Dedi. Mən də 'Belə də yaxşısan. “Dedim. Ürəyi sıxıldı, bir neçə saat sifət salladı. »; Nə olub?" deyə soruşdum. 'Heç bir şey. «Dedi. Səncə harda səhv etmişəm? — 'Belə də yaxşısan „deyərkən o' də“ sözünü orda işlətməməliydin. Nuray bunu belə anlayıb. 'Belə də pis sayılmaz, daha da gözəl ola bilərsən. » -Yaxşı nə deməliydim?
-Bunu heç unutma. Qadınlar özləri ilə əlaqədar, geyimləri ilə əlaqədar ya da ailələri ilə əlaqədar bir sual soruşurlarsa, 100 % kompliment gözləyirlər.Çaşıb tənqid etsən, yandın. Bunu heçvaxt unutmazlar. O gün 'Canım sən onsuz da çox gözəlsən, arıqlamaya məncə ehtiyac yoxdu. «Desəydin, günün zəhər olmazdı. Məsələn, bir gün qucağına oturub 'Ağıram? „desə əsla “Bəli, bir az» filan demə " Xeyr «de. Yoxsa bir daha qucağına oturmaz.
-Yəni deyirsən ki, bir qadın hər zaman gözəldir, hər geydiyi yaraşır və hər qadının anası bir xanım, atası da bəydir.
-Afərin oğlum, çox tez qavrayırsan, mənə oxşamısan. Qadının, öz ana atasıyla problemi olsa, özü tənqid edər amma əsla səni tənqidçisi kimi qəbul etməz. Bunu özünə təhqir olaraq qəbul edər.
-Və əsla unutmazlar?
-Eynilə. İllər əvvəl anana, anası üçün 'Bir az xəsis. „Demişdim. Hələ 'Sən mənim anamı sevməzsən. “Deyir və anası bizə bir şey aldıqda gözümə soxar, ən çox görəcəyim yerə qoyar.
-Yaxşı, o movzuda məsələ asandı, bu eyham işini həll etmək çətin gəldi mənə.
-Çətindi, amma bir az səy göstərsən, həll edərsən. Ən əsası işarələri anlamalısan. Amma 'Sən bunu demək istəyirsən? „deyə əsla üzünə vurmamalısan.
-Anladım. Anlayacaqsan amma anladığını müəyyən etməyəcəksən. Buna belə də deyə bilərik. O məni iynələdiyində 'Niyə mənə iynə batırırsan? “deyə soruşmayacağam, o iynəni mən öz-özümə batırmış kimi edəcəm.
-Gözəl ifadə etdin oğlum. Məsələn dünən günorta anan mənə zəng elədi. 'Axşam tox qarnına gələcəksən? „Deyə soruşdu. Məni bilirsən ki, axşam yeməklərində həmişə evdəyəm. Qırx ildə bir çöldə yeyərəm ki, onu da xəbər verərəm. Təbii mən dərhal anladım ananın nə demək istədiyini. 'Tox gəl, yeməklə məşğul olmaq istəmirəm “demək istəyir. Anladım amma təbii 'Nə demək istəyirsən? „Demədim. -Dünən çox yorulmuştu ata, toyla bağlı bazarlığa çıxmışdıq. -Bunun bir çox səbəbi ola bilər. Yorulmuş ola bilər, qonaqlıqdan tox gəlmiş ola bilər, min beş yüzüncü diyetini başlamış və o gün yeməklə məşğul olmaq istəmir ola bilər. Amma bunu biz kişilər kimi qısa yoldan “Canım mənim qarnım tox, sən də çöldə bir şeylər ye, ya da yorğunam, gələndə bir şey gətir yeyək.» Deməz. Sanki belə etsə, yaxşı ev qadını rütbəsini itirəcək. Mütləq Bükcə izah edəcək, sallanmış bir üzlə qarşılaşmamaq üçün sənin də anlamağın lazımdır. 'Xeyr, evdə yeyəcəm, amma istəsən hazır yemək alıb gəlim, nə deyirsən? «dedim.' OK.» dedi. Dönəri sevir bilirsən, dünən evə gedərkən, çörək arası dönər düzəltdirdim. Bunu düşündüyüm üçün ayrıca sevindi. O da dietada, toyda daha zərif görünmə dərdindədi...
-Bu Bükcə-də qısa danışmaq yoxdu ata?
-Var amma yerinde olsam heç seçim etməzdim. Qadın danışmırsa ya da qısa danışırsa qəti ciddi bir problem var deməkdir. Məsələn baxdın ürəyi sıxılır, soruşursan, 'Nəyin var? «Deyə. 'Heç bir şeyim yox. „Deyirsə, Əsla bir şeyi yoxdu deyə söhbəti bağlama. Yoxsa az sonra, çox maraqsız biri olduğundan düşünərək, ağlamaya başlayacaq. -Bükcə-də “ Heç bir şey yox. „Demək“; Çox şey var, mənimlə maraqlanmalısan. „Demək-di -Bəli. Biz kişilər 'Heç bir şey yoxdur. “ deyiriksə ya həqiqətən bir şey yoxdur, yalnız dincəlmək istəyirik, ya da bir sey vardır amma;' Hal-hazırda danışacaq bir şey yoxdur.» Deyirik. Hər ikisində də danışmaq istəmirik. Amma qadınlar əlaqəni sevgi olaraq gördükləri üçün «Mənə dəyər verirsənsə, maraqlanmalısan ki izah edim.» demək istəyir. Çox nadir olaraq həqiqətən izah etmək istəmir ola bilər, o zaman da çox üstünə getməməlisən əlbəttə ki…
-Bir yoldaşım da 'Qadınların' Yaxşı. ' deməsi təhlükəlidir «demişdi.
-Doğru. Bir qadının ağızından çıxan quru bir 'yaxşı', 'olar', 'oldu' hər vaxt təhlükəlidir. Bu Bükcə-də 'İndi oldu deyirəm amma ağrısını daha sonra çıxaracam. „deməkdir. Sənə ən qısa zamanda qəti bir cəza verər. Əgər Oldu-nun yanında 'Yaxşı canım, olar həyatım “kimi bir xoş söz işlədirsə qorxmağa ehtiyac yoxdur.
-Çətin bir dildi ata.
-Yox əşşi, gözün qorxmasın, hər xarici dil kimi. İlk əvvəl bir az çalışmalısan, praktiki yoxlayacaqsan, bəzən səhvlər edəcəksən, diqqət edəcəksən sonra avtomatik anlayacaqsan.İşin asan tərəfi oduki; sənin bükcə dilində danışmağın lazım deyil. Dili anlamağın kafidi.
-Anlamaq da çox asan deyil amma.
-Qorxma, o qədər çətin deyil. Ən əhəmiyyətli qaydaları mən sənə öyrədirəm onsuzda. Davam edək. Qadınlar istədiklərini söyləmək məcburiyyətində qalanda, düşünə bilmədiyimiz üçün biz kişilərə hirslənərlər və danışarkən günahlandıraraq danışarlar; lakin günahlandırdqlarının fərqində olmazlar. Bezdiyimizi zənn edərlər.
-Necə yəni?
-Məsələn, arvadın sənə 'Çoxdandı çölə çıxmırıq. „desə bunu günahlandırma olaraq qəbul etmə, ürəyi səninlə gəzmək istəyir, bunu sən düşünüb təklif etmədiyin üçün ürəyi qırılmışdır. Məqsədi səni günahlandırmaq deyil. 'Elə bu yaxınlarda gəzməyə getdik. “Kimi bir müdafiə etməyə etməyə çalışma özünü. „Oldu canım haqlısan, mən də istəyirəm, ən qısa zamanda gedərik.“ De, mövzu bağlanacaq. Əlbət ilk fürsətdə sözünü yerinə yetirsən yaxşı olar.
-Kiçik amma əhəmiyyətli detallar.
-Düzdü. Məsələn arvadın 'Üşüdüm. „Deyirsə,“ Üstünü qalın geyin. „Deməyini ya da piltəni yandırmağını deyil, onu qucaqlamağını istəyir. -Kaş ki məktəbdə öyrətsəydilər biz kişilərə Bükcəni. Nə qədər tez başlasaydıq o qədər tez qavrayardıq.
-Haqlısan, əslində mən də sənə öyrətmək üçün gecikmişəm. Nəysə, zərərin yarısından dönmək özü bir qazancdır.
-Gərək qeyd edəydim dediklərini. Çox xırdalıqları var imiş.
-Sən bilərsən oğlum, yadından çıxacaqsa yaz. İndi ağılıma gəldi. Qadınların ən nifrət etdiyi söz 'Fərq etməz. “dir. 'Fərq etməz „i qadınlar' Heç vecimə deyil, nə edirsən et.“ deyə anlayarlar.
-Ən qiymətli söz nədir?
-Səncə?
-»'Səni sevirəm ?"
-Bəli, qadınlar 'Səni sevirəm. «sözünü tez-tez eşitmək istəyirlər. Biz kişilər »; Demişəm, onsuz da bilir." deyə bu barədə diqqətsiz olmamalıyıq.
-Bükcə ancaq danışıq dilidi ata? Bunun davranış dili də var məncə.
-Ağılda mənə oxşamısan. Mən də elə o haqda danışacaqdım. Davranışlar da çox əhəmiyyətlidi. Qadınlar kiçik şeylərə əhəmiyyət verərlər. Axşam onu qucaqla, televizora baxırsansa yenə də onu qucaqlayaraq bax… Gündüz onu düşündüyünü göstərmək üçün qısa da olsa bir mesaj göndər, kiçik sürprizlər elə. O yemək hazırlayanda ona kömək et, salat düzəlt, çay dəmlə.
-Axşam gəlib uzanıb yatmaq yoxdu yəni…
-Gözündə çox böyütmə. Sayınca çox şey kimi görünür amma əslində bunlar vaxt aparacaq, çətin şeylər deyil. Sən bu kiçik şeylərə diqqət elə, bir kişi bu kiçik şeylərə diqqət etməsə vaxtı arvadıyla qalmaqal, mübahisə keçirərək gedər. Sevgiylə keçirmək varkən niyə davayla keçirsinki?..
-Oldu ata, bunlara fikir verəcəm. Ofisiant yemək qablarını yığarkən oğlumun telefonuna zəng gəldi. Aydındır ki, nişanlısı axtarır, danışmaq üçün dəniz kənarına doğru addımlamaya başladı. Az sonra gəldi.
-Ata, çox sağol. Bükcə-ni anlamağa başladım. Nuray zəng eləmişdi. 'Salonun pərdələri nə rəng olsun qərar verə bilmədim, sabah birlikdə baxaqmı? «dedi. 'Fərq etməz, sən seç. „deyəcəkdim ki, bunu sənin söylədiyin kimi' Ev də, pərdə də vecimə deyil.“ kimi anlayacağı ağılıma gəldi. 'Əlbəttə canım, istəsən birlikdə baxa bilərik amma mən sənin zövqünə güvənirəm, sən seç istəsən. „Dedim, çox xoşbəxt oldu. Özü seçəcək.
-O onsuz da pərdəni çoxdan seçib.Qadınlar etdiklərinin təsdiqlənməsini istəyirlər. Birlikdə də getsən o seçdiyi pərdəni götürmək istəyəcək. Biz kişilər onların nə demək istədiklərini anlasaq işimiz çox asan olacaq.
-Ata təkrar təşəkkür edirəm. Bu yaxşılığını heçvaxr unutmuyacam. Mənə Bükcəni öyrətməsəydin halım bərbad olacaqdı.
-Bəxtəvərsən oğlum. Mənim sənin kimi bir atam yox idi. Bunları təcrübəynən öyrənməyim illərimi apardı. Sən yenə yaxşısan, hazıra nazil oldun. Rahatlıqla istifadə elə, istəyənə də öyrət, hər kəs istifadə etsinki üzləri gülsün…
Tarix: 17.05.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 567 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri