Kişilər xəyanəti niyə bağışlaya bilmir?
Almaniya psixoloqnları 10 ildən artıq müddətdə nikahda olan çoxlu sayda cütlüklər üzərindəki müşahidələrinə əsasən, kişilərin qadın xəyanətinə fərqli yanaşmasının səbəblərini müəyyənləşdirib. Kişilər özlərinin xəyanətini «ehtiyatsız» əməl sayır və bu üzdən onun bağışlanılan olduğunu düşünür. Qadın xəyanətinə gəlincə, kişilər bunu əvvəlcədən planlaşdırılmış, məqsədli şəkildə atılmış addım hesab edir. Onların fikrincə, bu üzdən zərif cins nümayəndələrinin xəyanəti bağışlanmazdır.
Mütəxəssislər bildirir ki, kişilər xanımının xəyanətini öz kişiliyinə qarşı cinayət sayır. Kişilər üçün ən ciddi zərbə qadınının başqa kişilə cinsi əlaqəyə girməsidirsə, xanımlar üçün ərinin başqası ilə fiziki yaxınlığı o qədər də ciddi problem deyil, nəinki onun başqa qadına qarşı hisləri.
Tarix: 11.06.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 50 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri