Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların incə zəkası

Kişi: Mənə adınızı hədiyyə edə bilərsiniz?
Qadın: Niyə? Sizin adınız yoxdu?

Kişi: Sizin üçün bir içki sifariş edə bilərəm?
Qadın: Əslində içkinin pulunu alsam daha yaxşı olar

Kişi: Mən fotoqrafam və nə vaxtdır sizinki kimi bir üz axtarırdım
Qadın: Mən də estetik cərraham və nə vaxtdır sizinki kimi bir üz axtarırdım

Kişi: Deyəsən sizinlə daha əvvəl bir ya da iki dəfə görüşmüşük.
Qadın: Sadəcə bir dəfə görüşmüş ola bilərik,çünki eyni səhvi ikinci dəfə təkrarlamıram

Kişi: Necə bu qədər gözəl ola bilirsiniz?
Qadın: Deyəsən doğulanda sizin də payınızı mən almışam

Kişi: Bu bazar görüşə bilərik?
Qadın: Çox təəssüf,bu bazar başım ağrıyacaq

Kişi: Bir çox kişinin başını döndürürsünüz yəqin?!
Qadın: Siz də bir çox qadının mədəsini bulandırırsınız yəqin?!

Kişi: Sizə evlənmək təklif etsəm nə cavab verərdiniz?
Qadın: Ehtimalki bir şey deyə bilməyəcəm,çünki güləndə danışa bilmirəm.

Kişi: Sizi kinoya dəvət edə bilərəm?
Qadın: Mən o kinonu görmüşəm.

Kişi: Həyatım boyunca haradaydınız?
Qadın: Sizdən gizlənirdim.

Kişi: Sizi daha əvvəl haradasa görmüşəm elə bil...
Qadın: Bəli,bu səbəbdən artıq ora getmirəm.

Kişi: Bu stul boşdu?
Qadın: Bəli,amma otursanız bu boşalacaq.

Kişi: Sizi çılpaq görə bilsəydim çox xoşbəxt ölərdim.
Qadın: Mən sizi çılpaq görsəydim gülməkdən ölərdim.

Kişi: Özümü sənə tövsüyə etmək istərdim.
Qadın: Bağışlayın mən ucuz şeylər almıram.

Kişi: Səninlə hər şeyi paylaşmaq istərdim.
Qadın: Yaxşı bank hesablarından başla onda..


Tarix: 22.05.2013 / 22:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...