daima xatırlanır. Düz deyiblər �çirkin qadın yoxdur sadəcə baxımsız qadın var�. Qadın ilk öncə simasını, saçını, bədən quruluşunu normada saxlamağı bacarmalıdır.
Bunlara riayət etmək üçün qadın öz həyat tərzini normal qurmalıdır ki, orqanizmi adi həyat tərzinə öyrəşsin, əks halda yorğun həyat tərzi qadının cildinə ziyan vura bilər, bu isə onun psixologiyasına mənfi təsir edər və onu süni elektrik maşınlarının ultra bənövşəyi şüalarının altında saatlarla zaman keçirməsinə səbəb olar. Qədim dövrlərdəki qadınların özlərinə qulluq vasitələrinə nəzər yetirək: roma qadınları hər zaman səhər yuxudan oyanarkən aynaya baxıb gülümsəyər, bu onların simasında gün boyu əks olarmış.
Dünyanın ən cəlb edici qadınları olan Misir xanımları səhər üzlərini soyuq su ilə yuyar və qurulamazmış, bu onların dərilərini yumşaq parlaq edərmiş. Kipriklərinə və qaşlarına zeytun ağacının meyvələrini əzib çəkərmişlər, bu tüklərin tökülməsinin qarşısını alar.
Qadının təmizliyi simasından biri də onun əlləridir. Ən baxımlı qadın əllərindən tanınar. Bu da faktdır ki, kişilər ən çox xanımların əllərinə diqqət edir.
Qadınlar əllərini duzlu suya qoyub daha sonra onlara günəbaxan, dəvədabanı bitkilərinin əzilmiş hissəciklərini çəkib saxlayarmışlar, günəbaxan, dəvədabanı bitkiləri dərini mikrobdan təmizləyib onlara saflıq verər və dırnaqları bərkidər.
Qadını daha gözəl edən saçlarını isə yumurta sarısı, xına ilə və palıd ağacının yarpaqları, gicitkən bitkisinin dəmləməsi ilə yuyardılar, bu onların saçlarını yumuşaq, əlvan rəngli edərmiş. Bu adət ənənələrin bir çoxu bu günümüzdə də istifadə olunur.
Tarix: 26.05.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri