Görəsən bu həyati vacib sualları kiminlə bölüşmək olar? Rəfiqə ilə? Çətin ki, onun cavabları profesional ola. Həkimlə? Əksəriyyətimiz beynimizdəki intim münasibətlə bağlı suallara cavab tapmaq üçün həkimə müraciət edəcək həvəsdə deyilik. Biz qadınları narahat edən sualları 8 başlıq altında birləşdirib, cavab verməyə çalışdıq.
1. Mənimlə hər şey qaydasındadır?
İnsanlara intimual fantaziyalarının və hisslərinin normal olduğunu bilmək vacibdir. Qadınlar əmin olmaq istəyirlər ki, onların intimlə bağlı istəkləri, orqanizmdə baş verənlərin hamısı normaldır. Bunların hamısına valideynlərin uşaq vaxtı qızlarına verdikləri məsləhətlər səbəb olur: intim- çox pis şeydir. Bu da böyüdükcə insan psixikasında xoşagəlməz izlər buraxır. Əgər sənin intimual istəklərin və fantaziyaların ətrafındakı insanlara ziyan verməyəcək dərəcədədirsə, onda burada problem axtarmaöğa ehtiyac yoxdur. Hərdən “Mənimlə hər şey qaydasındadır?” sualı altında başqa məna gizlənir: “İntim əlaqə mənə həzz vermir, bu normaldır?”. Sənin intim əlaqədən həzz ala bilməməyinin tək səbəbkarı elə özünsən. Çünki, qadınların əksəriyyəti həqiqətən də nəyi, necə istədiklərini açıq deməyə çəkinirlər. Buna göprə də intim əlaqədə ürəksiz olurlar. Bu da istək yox, narahatlıq əmələ gətirir. Yaxşı olardı ki, həyat yoldaşınızla açıq danışmağı öyrənib, istədiklərini deməkdən çəkinmıyəsiniz. Bax bundan sonra beynində dolaşan “Mənimlə hər şey qaydasındadır?” sualına cavab tapacaqsınız.
2. İnsan nə qədər intim əlaqədə olmalıdır?
Qadınların hamısı bir şey düşünür: başqaları məndən çox cinsi əlaqədə olur. Rahatlayın. Araşdırmalar sübut edir ki, ailə həyatı quran insnlar tez-tez cinsi əlaqədə olmurlar, adətən həftədə iki dəfə. Qrip, səyahət, hamiləlik və başqa hallar buna səbəb deyil. Uzun müddət birlikdə olan cütlüklərdə cinsi əlaqə sayının azalması normaldır.
3. Ərimə yataqda nə istədiyimi necə deyə bilərəm?
Çətin ki, sənin həyat yoldaşın telepatik xüsusiyyətlərə sahib olsun. Buna görə də ona nə istədiyini deməyin tək yolu hər şeyi açıq danışmaqdır. Vacib amil: ərini nəyisə düz etməməklə günahlandırma. Yaxşısı budur ki, hər şeyi tərif formasında deməyə çalış: “Xatırlayırsan o gecə biz.. o mənim xoşuma gəlmişdi! Təkrarlayaq?” və ya “Xatırlayırsan, o dəfə baxdığımız filmdə? Onlar kimi edə bilərik?” Bütün kişilər yataqda yaxşı olduqlarını eşitməkdən zövq alırlar. Əgər sən onun hansısa hərəkətini tərifləsən, kişi daha yaxşısını etmək üçün çalışacaq. Əgər bu günə kimi intim əlaqədən itsədiyin həzzi almamısansa, bu o demək deyil ki, o hər şeyi qəsdən edir. Doğurdan da o, sənə həzz verdiyini bilsə çox xoşbəxt olar, amma bunu necə edəcəyini bilmir.
4. Mənim istəyim yoxdur! Niyə?
İstəyin azalması – tipik əlamətdir, qadın yaşalaşdıqca hormon dəyişiklikləri baş verir. Klimaks halında isə onun orqanizmində hər şey dəyişməyə başlayır. Buna klimaks səbəb ola bilər. bəzi qadınlarda bu hal 35 yaşında başlayır. Digər təyin olunmuş faktlar- bu, dərmanlar, fiziki ağırlıq və ya yuxusuzluqdur. Əgər sən cinsi əlaqədə olmaq istəmirsənsı, onda orqanizmində baş verənləri aydınlaşdırmağa çalış. Ola bilsin ki, buna qəbul etdiyin hansısa bir drman səbəb olur. Yuxunu qaydaya sal, vaxtlı vaxtında yemək ye, lazımi qədər hərəkət et. Sonra həyatındakı stressin dərəcəsini öyrənməyə çalış: əgər hər gün evdə və ya iş yerində əsəbiləşirsənsə, onda bu problemi aradan qaldır. Əgər bütün bunlarla təkbaşına mübarizə apara bilmirsənsə, mütəxəssisə müraciət et. Sonda isə sizə həzz və rahatlıq verəcək şeylər etməyə çalış- istirahətə get, masaj etdir, isti vanna, sevdiyin insanla romantik şam yeməyi, həyat yoldaşınla təbiət qoynunda gəzinti- bütün bunları menyuya daxil et.
5. Həyat yoldaşım mənə xəyanət etdi, mən də həyat yoldaşıma xəyanət etdim. Bununla necə barışa bilərik?
Bir tərəfin xəyanətindən sonra ailəni saxlamaq mümkündürr- bu həqiqətdir. Vay o günə ki, hər iki tərəf bu səhvi edə... Bunun üçün güc lazımdır. Xəyanət edən tərəf sevgilisi ilə bütün əlaqəni kəsməlidir və qarşı tərəfi ailəsini dağıtmaq istəmədiyinə inandırmalıdır. Əgər xəyanət qisas hissindən baş veribsə, həyat yolaşına hər şeyin doğrusunu danışmaq məsləhətdir. Bu vaxt psixoloqdan və ya ailə məsləhətçisindən də kömək istəyə bilərsən. Xəyanətə uğrayan kişi hər gün ən azı 10 dəqiqə qarşı tərəfə söyəcək, qışqıracaq və ağlayacaq. Ailəni qoruyub saxlamaq istəyən bütün bu təhqirlərə dözməlidir. Xəyanətə uğrayan həyat yoldaşının hər şeyi qəbul edib, səni bağışlaması üçün 6 ay vaxt lazımdır. Bu müddətdə sən də ona sevgini sübut etməyə çalış. Unutma, nə qədər ki, ona xoş sözlər deyib, mülayim davransan, bir o qədər tez istədiyinə nail olarsan.
6. intim fantaziyalarım haqqında ərimə necə danışım?
Hətta ən yaxın cütlüklər belə, sirli və ehtiraslı hissləri ilə bağlı açıq danışmaqda çətinlik çəkirlər. Bu yerdə sizə “fantaziya kitabxanası” kömək ola bilər. Bunu yastağınızın yanındakı rəflərin üstündə saxlayın. Hər iki tərəf öz istəklərini kağıza yazıb, yataq otağına qoysun. Əhvalınızın yaxşı olduğu vaxt bir-birinizin yazdıqlarını oxuyun. Bu məsləhət sənə gülməli görünə bilər. Hətta öz-özünə “gör ailəmi hansı oyunla qorumağa çalışıram”deyə bilərsən. Amma imtina etməyə tələsmə! Bunu sınaqdan keçir.sənin intim həyatın yaxşılığa doğru xeyli dəyişəcək.
7. Sərfəli intim əlaqə üçün ən yaxın yaxşı vaxt hansıdır?
Uşağı olan bütün ailəni cütlüklərin ən böyük problemu budur. Hər iki tərəf işləyir, iş qar dənələri kimi başının üstündən tökülür. İstirahət edib, həzz almaq üçün vaxt yoxdur. Bütün bunlara baxmayaraq, həyat yoldaşı ilə maraqlanmağa mütləq vaxt ayırmaq lazımdır. Boş vaxtın nə zaman gələcəyini gözləmə, onu özün tap. Hətta həftədə bir gün gecə yarısını da seçə bilərsən: kinoya, teatra gedin, uşaqları valideynlərinizin yanına göndərin. Bütün gecəni evinizdə istədiyiniz kimi rahat keçirin. Həyat yolaşının qayğısına qalıb, ona gözəl anlar yaşat. Unutma ki, münasibət həmişə birinci sırada durmalıdır.
8. İntim həyatımız cəhənnəmə çevrilib.
Bu sual uzun müddət bir yerdə yaşayan cütlüklərin əksəriyyətini narahat edir. Əlbəttə ki, bu vəziyyəti dəyişmək mümkündür. Amma bu, vaxt aparacaq işdir.
Birincisi, heç alışıq olmadığınız saatda cinsi əlaqədə olun. Həmişə gecə intim əlaqədə olurdunuz? Həyat yoldaşın işdən gələn kimi ilk işin ona süfrə açmaqdır? O işdən gəlməmiş uşqları validenylərinin yanına göndər. Həyat yoldaşın evə qayıdan imi onu yataq otağına dəvət et.
İkincisi, yeni vəziyyətlər öyrən. Ailəli cütlüklər həmişə eyni formada intim əlaqədə olurlar. Cinsi əlaqədə olmaq üçün macəra axtarmağa çalış. Ona dəyişik anlar yaşat.
Üçüncüsü isə, münasibətlərinizə flirt qatın. Axı o, kişidir, təkcə uşaqlarının atası yox. Evə gələndə onunla maraqlan, iş həyatından suallar ver. İstirahət gününü dəniz kənarında keçirmək istədiyini de. Yatağının altında şampan, iki ədə badə gizlədib, gecə ona sürpriz yaşat.
Harda məşğul olaq?
Yerini dəyiş
intimlə harda gəldi, necə gəldi və ürəyin necə istədi məşğul ola bilərsən. Statistikaya görə, məkanı və vəziyyəti dəyişmək bir-birindən soyumuş və uzaqlaşmış cütlükləri yenidən birləşdirir. Əgər siz 5 ildən artıqdır ərdəsinizsə, istirahət mərkəzi və ya otel üzərində dayana bilərsiz. Yad yerdə iki doğma arasında əlaqə tamam başa hisslər bəxş edir. Əsl adrenalindir!
Əgər bədənin və qıvraqlığın imkan verirsə, onun üçün striptiz şou hazırla. Musiq qoy və intimual hərəkətlərin bol olduğu rəqs et. Vacib deyil ki, bunun üçün professional striptizləri təqlid edəsən. Bu, sənin ərinin xoşuna gəlməyə bilər. Qaş düzətdiyin yerdə vurub göz çıxardacaqsan. Sonra gəl, ona başa sal ki, bunu haradan və necə öyrənmisən. Yersiz qısqanclıq sənə lazım deyil. Sadəcə, öz biıdiyin hərəkətləri et. Alınacaq! İnternetdən və kitablardan müxtəlif sığal öpüş növləri öyrən. Onu özünə bağlamaq üçün illərdir etdiyin hərəkətləri, vərdişləri tam dəyişməlisən. Sən onun üçün yeni qadın olmalısan: əvvəlkindən daha bacarıqlı, daha ehtiraslı və daha fərqli. Əgər səni razı sala bildiksə, o zaman növbəti sayımızda fərqli öpüş və nəvaziş növlərini addımbaaddım sənə öyrədəcəyik. Bizi izlə!
intim üçün ən populyar yerlər:
Döşəmədə - 76%
Vannada – 71%
Avtomobildə - 57%
Mətbəxdə - 43%
Başqasının evində - 19%
Oteldə - 12%
Həyətdə - 11%
Kinoteatrda- 7%
Hovuzda, dənizdə - 5%
Liftdə - 3%
Tarix: 25.05.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 649 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri