Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğulmamış körpənin yarımçıq gündəliyi

Doğulmamış körpənin yarımçıq gündəliyi


5 oktyabr Bu gün mənim həyatım başladı Ancaq valideynlərim hələ bunu bilmir Alma tumundan balacayam, amma mən mənəm Hələ tam formalaşmasam da, bilirəm ki, qız olacam

19 oktyabr Bir az böymüşəm Amma nəyisə özüm etmək üçün hələ çox kiçiyəm Anam mənimçün əlindən gələni edir və ən gülməlisi də budur ki, məni burada, düz ürəyinin altında gəzdirdiyindən xəbərsizdir Məni öz qanıyla qidalandırdığından da xəbəri yoxdu

23 oktyabr Tezliklə ağzım formalaşmağa başlayacaq Düşünün - bir il sonra güləcəm Daha sonra danışa biləcəm Birinci hansı sözü deyəcəyimi bilirəm - "Ana" Kim deyir ki, hələ əsl insan deyiləm? Artıq insanam Kiçik çörək qırıntısı əsl çörək olan kimi

27 oktyabr Urəyim tamamən müstəqil şəkildə döyünməyə başladı Bundan sonra bütün həyatım boyu o kövrək döyüntüləri duyacam Sonra, çox illər sonra ürəyim yorulacaq və mən öləcəm Lakin indi həyatımın sonu yox, əvvəlidi

12 noyabr Əllərim formalaşmağa başlayır Onlar nə yaman balacadı - necə də qəribədi Ola bilər ki, nə vaxtsa onlar skripkada çalsınlar və ya rəsm çəksinlər

21 noyabr Bu gün həkim ilk dəfə anama dedi ki, burada, ürəyinin altında yaşayıram Sevindinmi, ana, bəxtəvərsənmi? Bir az keçəcək və sənin əllərində uyuyacam Anam və atam bilmirlər ki, mən balaca, adi bir qızam Ola bilər ki, oğlan gözləyirlər Yaxud da əkizləri Amma onları təəccübləndirəcəm

10 dekabr Üzüm tamamilə formalaşdı Anama oxşamaq istəyirəm

13 dekabr Demək olar ki, görürəm Amma ətrafda hələ də zülmət qaranlıqdı Az qalıb Gözlərim Günəşin işıq saçdığı dünyanı görəcək Sən necə görünürsən, ana?

24 dekabr Ana, ürəyinin necə vurduğunu eşidirəm Maraqlıdır, mənim ürək döyüntülərimi duyursanmı? Əllərində uzanacağım, gözlərinə baxacağım anı səbirsizliklə gözləyirəm Səni gözlədiyim kimi sən də mənim həsrətimdəsən, elədir, ana?

28 dekabr Ana, onlara məni öldürməyə niyə icazə verdin? Axı bizə bir yerdə elə yaxşıydı ki Anam məni öldürdü Adımı, özümü, kimliyimi, arzularımı, çiçəkləri bilmədən"


Qurani-Kərimin "ən-Nisa" surəsinin 19-cu ayəsində buyurulub: "Onlarla gözəl rəftar edin" Onlarla - qadınlarla Analarımız, bacılarımız, həyat yoldaşlarımız, qızlarımızla Canımızdan artıq sevdimiyiz varlıqlarla


Tarix: 18.05.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...