Qəhvə qadın orqanizmi üçün faydalıdır. Bu nəticəyə ABŞ alimləri 84 min qadın və 42 min kişi arasında çoxillik təcrübə əsasında gəliblər. Araşdırmalar göstərir ki, gündə 2 fincan qəhvə içən qadınlar ürək-damar sisteminin xəstəliklərilə 25% daha az xəstələnirlər. Bundan əlavə, “qəhvəsevər” qadınların başqa xəstəliklərdən ölüm halları da 20% daha azdır.
Alimlər bu faktı belə izah edirlər: qəhvə damarları möhkəmləndirən, ürək-damar sisteminin işini qüvvətləndirən və qaraciyərin işini normallaşdıran taninlərdən və antiokislitellərdən ibarətdir. Qəhvə həm də sidikqovucu təsirə malikdir və arterial hipertenziyanın inkişafına heç də təsiri yoxdur. Baxmayaraq ki, bizdə belə stereotip formalaşıb ki, qəhvə arterial hipertenziyanın inkişafına kömək edir. Son araşdırmalar göstərir ki, qəhvə astma xəstəliyi riskini azaldır və astma xəstələrində tutmanın sayını azaldır.
Qəhvədə olan kofein beyinin və bütövlükdə orqanizmin aktivliyini artırır. Qəhvə bu gün dünyada ən məşhur ofis içkisidir. Çünki bir fincan ətirli qəhvədən sonra insan daha diqqətli və gümrah olur.
Müxtəlif ölkələrin alimləri insan orqanizminə gümrahlıq bəxş edən bu içkinin faydalarını öyrənməkdə davam edir.
Tarix: 16.05.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri