Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nələr öyrətmədi mənə....

Əvvəl kiçik bir körpə gəldi dünyaya
Sənə ana olmağı o körpə öyrədəcək dedilər
güldüm..
Sevdim onu
Həyatda heç kimə bu qədər tez alışmamışdım
Danışmadan ünsiyyət qura bilməzdim..
Doyumsuz sevgi nəymiş öyrətdi mənə..

Çarəsizliyi öyrəndim
Xəstələndi bir gün
Allahım nə çətin idi əlimdən bir şey gəlmir
Nə etsəm dərdinə dərman ola bilmirdim
Ovuc açıb Ya Rəbb mənə dərd ona dərman
Deyə yalvardığım zamanları hələ unuda bilmərəm..
İçimdə böyük bir şəfqət vardı ona qarşı..
Gözündə damla görməkdə nəymiş
Üzünü büzəndə belə sanki dünyalar yıxılardı başıma..
Şəvqətin ən ağırını öyrətdi mənə..

Məndən daha qiymətli canların olduğunu fərqinə vardım..
Canımı onun üçün heçə saya bilərdim.
O mənə Allahımın əmanəti idi canım bahasına onu qorumalıydım.
Elədə etdim...
Nəfəs alıb vermək nə gözəlmiş məgər..
o yatarkən yavaşca soxulub yanına
Nəfəsini dinlədim Şükr etdim Yaradana..
Hər nəfəsi üçün gülümsəməı bağışladı mənə..
Yatmanın gözəlliyi vardı birdə
Ovcunun içinə bir dənə barmağımı qoyardım o yatarkən
Möhkəm-möhkəm tuttardı yumşaq əlləri ilə
Dünyada onun yuxusundan daha gözəl nə vardı.

Həsrəti öyrətdi mənə
Onun səsi ağlaması qışqırıqları məgər evi doldurarmış
Susduğu an həsrətlər böyüdərdim içimdə..
Xəyalini qurduğum gün gəldi nəhayət
Ana dedi mənə ANA..
Duyğularımı izah edə bilməzdim kimsəyə
Bir dəfə de, bir dəfə də de
Saatlarla danışdırmağa çalışdığım günlər hələ də gülümsədir məni

Sonra anamı anladım
Qiymətimizi canından daha çox sevdiyini
Analıq nə uca bir duyğuymuş məgər..
Mən övladdım mənimdə övladım var..
Mən anaydım mənimdə anam var..

Qızım mənə ana olmağı öyrətdi
Daha nələr öyrətdi təxmin belə edə bilməzsiniz..

Hər bir qadına bu gözəl duyğunu yaşamağı arzu edirəm....


Tarix: 21.05.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...