Son vaxtlar gənclər arasında depressiyaya düşmə halları çoxalıb..Gənclərin depressiyaya düşmələrinə stress, fasiləsiz iş rejimi, sevgilisi ilə ayrılmaq və digər bu kimi hallar səbəb olur..Həmçinin halsızlıq və digər səbəblərdən, uğursuzluqlardan əmələ gəlir..Depressiyanın spirtli içkilərin, siqaretin, narkotik maddələrinin təsiri nəticəsində yarandığı da istisna edilmir..Depressiyani beyin pozğunluğu da adlandırmaq olar..Bu xəstəliyin ilkin əlamətləri bunlardır:
- gün ərzində özünün kefsiz hiss etmək, səbəbsiz ağlamaq;
- həyatdan zövq almaq hissinin azalması;
- yuxusuzluq yaxud həddindən artıq yatmaq istəyi;
- iştahın artması və ya azalması;
- baş verən hadisəni çox düşünmək;
- özünü baş verən hadisədə günahkar hiss etmək;
- özünü öldürməyi düşünmək..
Araşdırmalar nəticəsində məlum olub ki, evli qadınlarda subay qızlara nisbətən depressiyaya düşmə halı daha azdır. Evli kişilər isə subaylara nisbətən daha çox depressiyaya düşür.
Tarix: 18.05.2013 / 14:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri