Həyat uzun bi marafondur. Həm də hər addımda yeni bir başlanğıca imza atacağımız bir marafon. Hətta, bu uzun marafona «həyat marafonu» da desək, yəqin ki səhv etmərik...Əslində isə «marafon» sozü Qədim Yunanıstanda spartalılar və yunanlar arasında baş verən Marafon Meydanında baş verir və bu müharibədə yunanlar qalib gəlir. Müharibə qurtarandan sonra bu qələbəni Afinaya xəbər vermək lazım gəlir. Ancaq bu meydanla Afina arasındakı məsafə 42 kilometrdir. Bunun üçün yunanlar bir əsgər yollayır və bu məsafəni qaçaraq(üstəlik də, dayanmamaq şərti ilə) qət edir. Ancaq bu onun son vəzifəsi olur və son nəfəsdə «Biz qalib gəldik!» — deyərək ölür. Sonralar isə bu məsafə marafon yarışları üçün istifadə edilən məsafə olur…
Marafon yarışı strateji bir yarışdır. Yarışa başlayan kimi irəli çıxmağın bir mənası yoxdur. Çünki yarış uzundur. Yarışın ən kritik nöqtəsi isə 20-ci kilometrlə 25-ci kilometr arasıdır. 20-ci kilometrdən sonra marafonçunun əzələlərində güclü ağrılar başlayır. Və bu ağrılar 25-ci kilometrə qədər artaraq davam edir. 25-ci kilometr isə ən kritik məsafədir. Əgər özünüzü yaxşı «nizamlasanız» və 25-ci kilometri yaxşı «qət etsəniz», deməli yarışa bilərsiniz. 26-cı kilometr isə bu yarışda əslində yeni bir başlanğıcdır. Əsas məsələ isə bu yeni başlanğıcdan imtina etməməkdir...
Qəbul imtahanları da milyonlarla abituriyentin yarışdığı bir marafonu xatırladır. Bu marafonun kritik nöqtəsi fevral ayı ilə aprel ayı arasındadır. Fevral ayına qədər hər şey öz yolunda gedir. Ancaq bu aydan sonra «oyundan çıxmalar» başlayır. Aprel ayında isə ən son həddə çatır. Bəzi abituriyentlər imtahanı keçə bilməyəcəklərini düşünürlər və yarışa «yenidən başlamaq» əvəzinə «bitirməyə» üstünlük verirlər. Halbuki, bu marafonda həmişə yeni bir başlanğıc üçün imkan var. Yetər ki, uğur qazanacağımıza inanaq...
Tarix: 03.12.2014 / 13:48 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqli Hekayeler