Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paxıllıq...

Bir də görürsən ki, yekə bir ağac qəfil köklü-köməcli yerə sərildi. Fikirləşirsən, dərdi-azarı nədir bu ağacın, görəsən? Axı heç yarpaqları da solmayıb, sapsağlamdır. Bəs nə oldu?” Yaxınlaşanda görürsən ki, ağacın gövdəsini qurd içindən elə gəmirib-yeyib ki, kənardan azacıq hiss olunur. Bapbalaca qurd bu boyda ağacı gör necə böyrü üstə yıxdı!

Əslində paxıllıq, xəbislik də belədir, insanı içindən gəmirir, “niyə ona olar, mənə yox?”- deyə rahatlıq tapmayanın, fürsət düşən kimi dilindən qeybət düşməyənin də aqibəti axırda o qurd yemiş ağaca bənzəyir; həmişə dünya başına dar olur, heç yerdə qərar tutmur, nə gecəsi olur, nə gündüzü, elə hey “hərəkətdə” olur. Bir də onda ayılır ki, artıq gecdir, paxıllıq, xəbislik bataqlığında çabalayır, nə qədər qışqırsa da nə səsini eşidən olur, nə köməyinə gələn…
Nə deyim, Allah dilimizi qeybətdən, içimizi paxıllıqdan, xəbislikdən qorusun. Amin!


Tarix: 03.12.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Maraqli Hekayeler
loading...