Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüzur nədir?

Xalq tərəfindən çox sevilən bir kral hüzurun şəklini ən gözəl çəkə biləcək sənətkara böyük bir mükafat verəcəyini elan edir. Yarışa çox sayda sənətkar qatılır. Günlərlə çalışıb, bir-birində gözəl rəsm əsərləri yaradır və bu şəkilləri saraya təqdim edirlər. Rəsmlərə baxan kral bunlardan sadəcə ikisini bəyənir. Amma, birini seçmək üçün qərar verməlidir. Rəsmlərdən birində gözəl bir göl vardı. Göl, bir güzgü kimi ətrafında yüksələn dağları özündə əks etdirmişdi. Üst tərəfdə pambıq kimi ağ buludlar göyün üzünü bəzəyirdi. Şəkil, baxanlara mükəmməl bir rahatlıq hissi verəcək qədər gözəl çəkilmişdi. Digər rəsmdə də dağlar vardı. Amma, kələ-kötür və çılpaq. Dağların üzərindəki qəzəbli göy üzündən boşalan yağış və çaxan şimşək isə rəsmi daha da sıxıntılı bir hala salmışdı. Dağın ətəylərində axan şəlalə insana gurultunu, yorğunluğu xatırladacaq qədər çılğın əks olunmuşdu. Qısası, şəkil heç də hüzur verəcək bir şəkil deyildi. Fəqət, kral tabloya baxınca, şəlalənin arxasındakı qayalıqlarda, çatlardan çıxan çox kiçik bir kolluq görür. Kolluğun üstündə isə ana quşun örtdüyü bir quş yuvası gözə çarpır. Sərt axan suyun ortasında ana quşun qurduğu yuva, izləyənlərə gözəl bir dinclik. rahatlıq bəxş edirdi.

Mükafatı kim qazandı soruşursanız… Əlbəttə ki, ikinci rəsm əsəri. Kral bunun səbəbini belə açıqladı:

— Hüzur, heç bir səs-küyün, sıxıntının, ya da çətinliyin olmadığı bir yer deyil. Hüzur, bütün bunların içində belə ürəyimizin rahatlıq və dinçlik tapa bilməsidir.


Tarix: 01.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Maraqli Hekayeler
loading...