Dünyanın bütün din və məzhəblərində, millətlərində zamanın axırında zühur edəcək, insanların xəyanət və cinayətlərinə son qoyacaq və ədalət əsasında vahid dünya hökuməti quracaq xilaskarın gəlişinə ümid və inam vardır. Dünyanın böyük islahçısının müjdəsi Qurandan əlavə bütün səmavi kitablarda qeyd olunmuşdur. Qurandan başqa nazil olan səmavi kaitablar təhrif olunsa da orada dünyanı islah edən, vahid dünya hökuməti quracaq şəxsin gəlişi barədə bəzi cümlələr qalmışdır.
Davudun (ə) Zəburunda Həzrət Məhdinin (əc) barəsində çoxlu müjdələr vardır. Demək olar ki, onun hər bir hissəsində həzrətin zühur etməsi, saleh insanların şərr insanlara qələbə çalması, vahid dünya hökumətinin təşkil olunması və bütün dinlərin bir dinə çevrilməsi haqqında müjdələr mövcuddur. Maraqlı burasındadır ki, Qurani-Kərimin həzrətin zühuru haqqında Zəburdan nəql etdiyi mətləblər indiki Zəburda da mövcuddur və təhriflərdən qorunmuşdur. Qurani-kərimdə belə buyurulur: "Biz Zəburda yazmışıq ki, mənim saleh bəndələrim yer üzünün varisi olacaqlar." (Ənbiya, ayə 105)
Şiə və sünnü yolü ilə gələn rəvayətlərdə bu ayə Həzrət Məhdinin (əc) zühuruna aiddir. Quran bu mətləbi Zəburdan nəql edir. Eyni ilə həmin cümlələr Zəburda da mövcudur: "Çünki, şərr insanların ardı kəsiləcək. Allahın intizar çəkənləri yer üzünün varisi olacaqlar. Allah salehlərə kömək edəcək. O, millətlərə insafla hökumət edəcək. Yer, göy şadlanacaq. Dərya, səhra və oarada olanlar vəcdə gələcək. O zaman bütün meşələrin ağacları sevinəcək. Çünki, O, gələcək."Həzrət Məhdi (əc) barədə olan müjdələr Zəburda çoxdur. Onun otuz beş hissəsində Zühur haqqında 150 dəfə müjdə verilir.
"Allah Ibrahimə (ə) zahir olub dedi: - Bu yeri sənin nəslinə bağışlayıram. Gördüyün yerlər həmişəlik sənin və sənin nəslinin olacaaq. Səmaya baxıb ulduzları say, əgər saya bilirsənsə. Sənin nəslin də o qədər olacaq. Səni kəldanilərin içindən çıxaran mənəm ki, bu yeri sənə bağışladım. Sənin adın Ibrahim olacaq. Çünki səni çoxlu millətlərin ağası etmişəm. Səndən ümmətlər və padşahlar vücuda gələcək. Sənin əhdini özünün və zürriyyənin içində möhkəmləndirəcəyəm ki, nəsilbənəsil əbədi əhd olsun. Ismail barədə olan sözünü qəbul etdim. Indi ona bərəkət verib nəslini artıracağam. Ondan on iki başçısı olan böyük bir ümmət vücuda gətirəcəyəm."
"Ibrahimdən böyük bir ümmət yaranacaq ki, dünyanın bütün ümmətləri ondan bərəkət tapacaq."
"Aşi (Davudun (ə) atası) ağacından bir budaq göyərəcək. Allahın ruhu onda qərar tutacaq. Miskinlərə ədalətlə rəftar edəcək. Canavar quzu ilə yaşayacaq. Pələng keçi ilə bir yerdə qalacaq. Mənim büğün müqəddəs dağlarımda zərər və fəsad olmayacaq. Çünki, dünya ilahi bir mərifətlə dolacaq."
"Yəqubdan bir nəsil varis olmaq üçün zahir edəcəyəm. Mənim seçdiklərim bu dağların varisi, bəndələri oranın sakini olacaqlar. Siz isə (yəhudilərə xitabdr) Allahı tərk edib müqəddəs dağı unutduğunuz üçün hamılıqla qətl üçün hazırlaşacaqsınız."
"Yerusəlim şadlıq mərkəzi olacaq. Nalə səsi bir daha eşidilməyəcək."
"O zaman sənin qəbilənin böyük əmiri olan Mikail (Həzrət Daniyala işarədir) ayağa qalxacaq."
"Yerin altında yatanlardan çoxu oyanacaqlar. Çoxlu insanlara rəhbərlik edənlər həmişə ulduz kimi olacaqlar."
"Ey Daniyal! Sən kəlamı gizli saxla! Kitabı o zamana qədər möhürlə! Çoxları tezliklə tərəddüdə düşəcək. Xoş olsun intizar çəkənlərin halına!"
"O, təxirə düşsə də gözlə. Çünki O, mütləq cələcək. Bütün millətləri öz ətrafında toplayacaq."
Vəd edilmiş Məhdi (əc) əhdi-cədiddə (Incil və s.)
"Günəş şərqdən çıxıb qərbə qədər uzandığı kimi insan oğlunun zühuru da belə olacaq. O zaman insan oğlunun əlaməti səmada görünəcək. Yerin bütün tayfaları sinələrinə döyəcəklər. Onlar insan oğlunun səma buludlarının üstündə qüvvət və cəlalla gəldiyini görəcəklər. Yer və göy aradan getsə də mənim sözüm aradan getməz.
Tarix: 10.06.2015 / 17:36 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Maraqlı melumatlar