Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini kəlamlar........

Əliaçıq və səxavətli ol, amma israf edib hədər yerə səpələmə, miyanə surətdə xərclə, amma bərk və simic olma.
2. Ücb (xudpəsəndlik) ən qorxulu vəhşətdir.
3. Hüsni-xulq (xoş xasiyyət) ən möhtərəm böyüklükdür.
4. Qadın bir əqrəbdir ki, onun sancması şirindir.
5. Bir xəbər eşidəndə, onu əql və fikir üzrə qəbul edin, rəvayət və nəql edilən şəkildə qəbul etməyin, çünki elmi (xəbəri) nəql edənlər çoxdur, amma onun barəsində fikirləşənlər azdır.
6. Ədəb kimi miras yoxdur.
7. Soyuğun əvvəlində özünüzü ondan qoruyun, axırında isə onunla mülaqat edin, çünki o (soyuq), ağaclara elədiyini insanların bədəninə də edir: onun əvvəli yandırır, axırı isə göyərdir.
8. Qadınların ən yaxşı xasiyyətləri kişilərin ən pis xasiyyətləridir ki, məğrurluq, qorxaqlıq və simiclikdən ibarətdir. Əgər qadın məğrur olsa, (ərindən başqa) bir kəsə baş əyməz. Əgər simic olsa, özünün və ərinin malını hifz edər. Əgər qorxaq olsa, ona üz verən hər şeydən qorxub uzaqlaşar.
9. Ən böyük eyb odur ki, başqasında gördüyün eyb özündə olduğu halda, o kəsin eybinə irad tutasan.
10. Səbr elə bir minikdir ki, heç vaxt büdrəməz. Qənaət bir qılıncdır ki, heç vaxt kütləşməz.
11. Hər kəs öz qisməti ilə razılaşsa, bədəni və qəlbi rahat olar.
12. Övladınızı, sizin dövrün ədəblərini icra etməyə məcbur etməyin. Çünki, onlar sizin zamanıvızdan qeyri bir zamanın məxluqurdurlar.
13. Aqil adam danışanda öz sözünü hikmətlə və misallarla sübut edər, əhməq adam isə öz sözünü sübut etmək üçün and içər.
14. Qadın səni sevərsə, sənə əziyyət edər; əgər sənə qəzəblənərsə, sənə xəyanət edər, hətta öldürər. Onun məhəbbəti əziyyətdir, ədavəti dərmansız dərddir.
15. Qadın öz məhəbbətini qırx il gizlədər, amma nifrətini bir saat da gizlətməz.
16. Qadın ayaqqabı kimidir ki, kişi onu, onun istədiyi vaxt yox, öz istədiyi vaxt geyir.
17. Valideyni incidən övlad artıq barmaq kimidir: əgər saxlasan, səni eybəcər edər, əgər kəssən ağrıdar.
18. Eşq bir dözülməz məşəqqətdir ki, boş qəlblərə təsadüf edib daxil olur.
19. Kişinin alçaqlığı onunla bilinər ki, çox, həm də lazımsız sözlər danışar və ondan soruşulmayan məsələlərdən xəbər verər.
20. Yaşamağı yemək üçün istəmə, yeməyi yaşamaq üçün istə.
21. Xəlq Allahın ailəsidir; Allahın ən çox dost tutduğu o kəslərdir ki. Öz ailəsinə mehribandır.
22. Bax gör, ölüm gələndə səni hansı əməl şadlandırarsa, o əməli indi et; çünki sən əmin deyilsən ki, indi ölməyəcəksən.
23. Öz nəfsini və qadınların dediklərini at, öz fikirləşdiyin kimi et.
24. O məclisdəki nə sən danışırsan, nədəsəni danışdırırlar, qalx get.
25. Üç şey insanı həlakətə aparar:1)təkəbbür, 2)hirs, 3)həsəd.
26. Xoş əxlaq on xislətdən ibarətir; səxavət, həya, doğru danışmaq, əmanəti sahibinə qaytarmaq, təvazö, qeyrət, şücaət, həlimlik, səbr, şükr.
27. Əgər bir adamın təbiətin bilmək istəsən, onunla məşvərət elə. Bu müşavirədə onun ədalətindən, ya zülmündən, xeyrindən və ya şərindən agah olarsan.
28. Üç şey var ki, insanın nicatı onlardadır:
1. Həm gizlində həm də aşkarda Allahdan qorxmaq.
2. Həm fəqir, həm də qəni olan halda iqtisadçı olmaq.
3. Həm qəzəb , həm də razılıq vaxtında ədalətli olmaq.


Tarix: 04.12.2014 / 11:23 Müəllif: Aziza Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar
loading...