Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mütləq OXuYuN...

Səbir - ALLAH-Təalanın "vur” dediyi yerdə vurmaq, "döz, dur” dediyi yerdə də durmağı, dayanmağı bacarmaqdır.


Səbir nədir?- Öncə bu suala cavab verməyə çalışaq: səbir Qurani- Kərimdə ALLAH-Təalanın bəndələrinə tövsiyə etdiyi ən üstün keyfiyyətlərdəndir. ALLAH-Təalanın Gözəl Adlarından (Əsmaül-Hüsna) biri də Saburdur, yəni çox səbir edən. Bütün fəzilətlərin anası, həyatda müvəffəq olmanın və kamala yetişməyin sirri mahz səbirlə əlaqəlidir. Hər cür rəzalətin, bədbəxtliyin anası səbirsizlikdir. "Şübhəsiz ki, ALLAH-Təala səbir edənlərlə birlikdədir”- bu, Quranın müjdəsidir. Demək, səbir etməyi bacarmaq ALLAH-Təala ilə bir arada ola bilmək ləyaqətidir.

"Ya Rəbb, acizlikdən və tənbəllikdən Sənə sığınıram”- deyən ALLAH Rəsulu əslində səbrin koordinatlarını göstərir.


Xəsisin əlindəki sərvəti sıxıb saxladığı kimi, israfçının ixtiyarında olanları sağa-sola dağıtması da çirkin mənzərədir. Xəsislik ALLAH-Təalaya güvənməmək, israfçılıq isə Onun əmanətinə dəyər verməmək anlamına gəlir.

Sevgililər Sevgilisi, ALLAHın Həbibi, boynuna bıçaq çəkilən Həzrəti İsmayılın (ə.s.) nəvəsi, qurban deyilmiş Abdullahın oğlu, Peyğəmbərlər zəncirinin sonu, zirvəsi, seyyidi, əşrəfi, Aləmlərə rəhmət olaraq göndərilmiş Həzrəti Məhəmməd (s.ə.s.)! Bir duası belə boşa getməyən, kafirlər əlindən ağlasığmaz işgəncələr görsə də dilinə şikayət gətirməyən, "ALLAHım, anlamırlar, anlasalar belə etməzlər”- deyib dua edən, mərhəməti ilə ən azğın qatilləri də islah edib mələklər cərgəsinə qatan, qızı Fatimeyi-Zəhradan başqa, bütün övladlarını öz əlləri ilə torpağa tapşıran, iki yaşında, gül qoxulu İbrahimini dəfn edərkən gözlərindən yaş sellənən və: "Ey İbrahim, ALLAHın əmrlərinə boyun əyməkdən başqa bizə bir iş düşməz” söyləyən Könüllər Sultanı təslimiyyətin, səbrin möhtəşəm örnəklərini göstərdi Adəm oğluna.


Tarix: 04.12.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 199 Bölmə: Maraqlı melumatlar
loading...