Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH'in tərəfində

- Axı hələ Allah var, - rəssam Otari Kvaçadze dedi. - demək, hər hansı qətl - göylərə meydan oxumaqdır.

- Heç də yox, mən son vaxtlar Allahın işimizə necə qarışdığını öz nöqteyi-nəzərimlə müşahidə etmişəm

- Siz ateistsiniz? - Rəssam soruşdu.

- Mənim dostlarımın dahiyanə bir fikri var: "Mən Allaha inanıram, amma onun cənnət və cəhənnəm kimi köməkçi təsərrüfatına inanmıram". Bax, mən qatili cəhənnəmdə görəcəyimizə, sizinlə isə Cənnətdə görüşəcəyimizə, - əlbəttə, əgər buna layiqiksə, inana bilmirəm. Hesab edirəm ki, o biri həyat heç olmayacaq da. Mən spektik-aqnostikəm.

- Allaha inandığın vaxt yaşamaq asan olur, - Otari soyuq tərzdə dedi.

- Sizinlə razıyam, amma o zaman ki, sənin varlığını zəhərləyə biləcək soxulcanlarla milyon il qəbirdə olasan. Həyatın mənası da elə bundadır, yəni öz varlığın və öz ağlınla Kainata meydan oxuyasan. Bir neçə il bundan əvvəl Nyu-Yorkda bir müqəddəs ata mənə demişdi ki, Allah hər kəsin qəlbində olmalıdır. Mənsə düşünürəm ki, hər birimizin qəlbi Allahla şeytan arasındakı mübarizənin meydanıdır. Hər gün, hər saat, hər dəqiqə şeytan bizi yoldan çıxarmağa çalışır, alçaq işlərə əl atmağa vadar edir. Allah bu zaman ədalətlidir: o, insanın əvəzindən qərar qəbul etmir, ona seçmək hüququ verir.

- Kiminsə tərəfinə keçməyimi? Sizə elə gəlmirmi ki, Allaha qarşı ehtiramsızlıq edirsiniz?

- Yox, axı mömin adamın nöqteyi-nəzərindən Allahla şeytan arasında mübarizə gedir. Belə bir mübarizə sadəcə mümkün deyil. Axı şeytanı da Allah yaradıb. Demək Allah belə bir mübarizəyə imkan verməklə bizə seçmək hüququ verib. Elə bu nöqteyi-nəzərdən mən Allahı qəbul etməyə tamamilə razıyam. Çünki hər bir insan hansı tərəfdə, Allahın və ya şeytanın tərəfində mübarizə aparacağını özü müəyyən etməlidir.

- Sizin qəribə məntiqiniz var, - deyə Otari pıçıldadı, - mən bu barədə düşünməmişdim. Mən Allah tətəfindən qoyulmuş qayda-qanuna riayət etməyi təbii sayıram

- Çoxları düşünmür, - Dronqo razılaşdı. - Axı Allahın bizə verdiyi seçmək hüququ möhtəşəm bir hüquqdur. İnsan həyatı çox qısa, şirnikləndirici şeylər isə çoxdur. Biz hələ də son məqsədimizi bilmirik: biz dünyaya nə üçün gəlmişik və bizim varlığımız, əqlimiz nədən ibarətdir? Bəlkə elə buna görədir ki, soxulcan və peyinlə dolu qəbirlərə düşən insanların çoxu öz varlığının mahiyyətini dərk etməyərək, sadəcə yaşamağı üstün tuturlar. Bəlkə elə ona görə çoxları seçmək hüququndan istifadə etmək istəmir? Axı hər bir insan öz fikirlərilə də olsa günahkardır. Rəzilliyə, oğurluğa, satqınlığa necə haqq qazandırasan, bəraət verəsən?

- "Mən Yaradanam, sənin Allahınam. Mənə nifrət edən uşaqları öz atalarının günahına görə, 3-cü, 4-cü nəsillərədək cəzalandıracaq qeyrətkeş Tanrıyam" - deyə Otari İncildən sətirləri sitat gətirdi. Allah insanı günahlarına görə cəzalandırır, - deyə rəssam qətiyyətlə bildirdi.

- Mənim yaddaşımda məşhur bir məsəl qalıb ki, Allahdan heç nəyi xahiş etmək olmaz. Ona görə ki, o əgər, ədalətlidirsə, təmənnaçını cəzalandırır, - Dronqo gülümsədi. - Mən fikirləşirəm ki, hər halda biz öz hərəkətlərimizi özümüz müəyyən etməli, namuslu adam olmağa çalışmalıyıq.

- Qəribədir, - Otari dedi, - mən qardaşımdan haqqınızda çox eşitmişəm, sizin ad-sanınız mənə məlumdur. Deyirlər, siz insan və Allah qanunlarını pozan əclafları tapmaqda çoxlarına kömək etmisiniz. Özünüz isə bir az spektiksiniz, ya da qoy özünüzün daha çox xoşladığınız aqnostik ifadəsini işlədim. Amma mən düşünürəm ki, burada ziddiyyət yoxdur. Siz öz yolunuzu özünüz seçmisiniz. Siz Allahın tərəfində mübarizə aparırsınız.

- Ola bilər, - Dronqo köks ötürdü, - amma bu gecəki mübarizədə, deyəsən, uduzacağam...


Tarix: 04.12.2014 / 11:16 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...