"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır”. ("Mülk” surəsi, 67/2)
Uca Allah insanı bu dünyaya sonsuz, əbədi bir həyatı qazanmaq üçün göndərmişdir. Allah insanın əbədi bir ömrü, sonsuz səadəti, qısası, cənnətə layiq olması üçün onun yeganə Yaradan olaraq Özünə inanmasını və ibadət etməsini istəyir. Allah-Təala bu əbədi həyata qovuşmağın yollarını, insanların dünya və axirət səadətini əldə etməsinin yollarını da göndərdiyi peyğəmbərlər və müqəddəs kitablarla bəyan etmişdir.
Peyğəmbərlər və müqəddəs kitablarla insanlara çatdırılan bu ilahi əmr və qadağaların toplusuna isə din deyilir.
Dinimiz İslam Yer üzünə göndərilən son din, Peyğəmbərimiz Həzrəti Məhəmməd də (s.ə.s.) bu son dinin peyğəmbəridir. İsla¬miyyət ən əhatəli din olmaqla yanaşı, özündən əvvəl göndərilən bütün dinləri də tamamlayır.
İnanmaq gözəldir
İman bir şeyi təsdiq edib və heç bir şübhəyə qapılmadan inan¬maq deməkdir. Dini cəhətdən iman isə Allah-Təalanın Peyğəm¬bərimiz (s.ə.s.) vasitəsilə insanlara bildirdiyi bütün əmr və qadağaların – hər şeyin doğru olduğuna qəti şəkildə qəlbən inanmaq deməkdir. Dinin iki əsas qaynağına – Qurani-Kərimə və "sünnəti-səniyyə”yə (Peyğəmbərimizin (s.ə.s.) dinlə bağlı öyrətdiyi şeylərin cəminə) iman etmək "müsəlman” olmaq üçün kifayətdir. İmanın məqbul olmasının əsası dillə deyilənləri qəlblə təsdiq etməkdir.
Tarix: 04.12.2014 / 11:01 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Maraqlı melumatlar