Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3 sual və 1 cavab

Üç imansız bir imama yaxınlaşır və hər biri imama bir sual verir..

Birincisi soruşur:

-Siz müsəlmanlar deyirsiniz ki, şeytan oddan yaranıb və o cəhənnəmdə əzab çəkəcəkdir, və cəhənnəm ALLAH tərəfindən yaradılmış ən güclü atəşdir..Necə olur ki, oddan yaradılmışa odla əzəb verilir?

İmam dərhal cavab vermədi və ikinci sualın verilməsini təklif etdi..

İkincisi dedi:

G304;FLER

- Mən yalnız öz gözümlə gördüyümə inanıram, ona görə də gözümlə görmədiyim bir şeyin mövcüdluğuna inanmıram..

O ALLAHı görmədiyi üçün Onun varlığına da inanmadığını dedi..

İmam üçüncüsünə də sualını verməyi təklif etdi.. O zaman üçüncü soruşdu:

- Siz deyrisiz ki, insanın bütün hərəkətlərini ALLAH yaradır..
O bildirdi ki, buna inanmır və öz hərəkətlərini özü yaradır..

Bu suallardan sonra imam əyilib əlinə qum götürdü və hər üçünün gözünə atdı.. Onlar imamın bu hərəkətilə qışqırmağa başladılar və imam dedi:

- Bu elə sizin hər birinizin sualının cavabıdır..

Bundan sonra üç nəfər imamdan bu hərəkətin izahını istədilər..

Birinci imansıza cavab bu idi : - Sən məndən soruşdun ki, oddan yaranan necə odda əzab çəkə bilər? Hər kəsə məlumdur ki, insan torpağdan yaranıb, bununla belə , sənin gözünə torpaq düşüb deyə indi əzab çəkirsən..

İkinci imansıza cavab : - Sən deyirsən ki, ancaq gördüyünə inanırsan, qum da sənin gözünə düşəndə gözünün ağrıtdı, deməli sən ağrının olduğuna inanırsan amma onu görmürsən..

Üçüncüyə isə bu cavabı verdi..
- Sən deyirsən ki, özün öz hərəkətlərini yaradırsan, əgər bunun belə olduğuna əminsənsə niyə bu ağrının olmaması üçün maneə yaratmadın?

Heç biri imama cavab verə bilmədi..


Tarix: 03.12.2014 / 17:22 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...