Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani-Kərimin «Nümunə» təfsiri əsasında

Sual 7: CavabAllah-təala Qur’anın bə’zi ayələrində kimlərinsə qəlbini daşa döndərdiyini xəbər verir. Bir halda ki, bu iş Allah tərəfindən baş verir, insan nə üçün günahkar sayılmalıdır
Diqqət etsək, görərik ki, ürəyin daşa dönməsi Allah tərəfindən bir cəzadır. Demək, insan Allahın qəzəbinə səbəb olacaq günahlara yol verir və daşürəkliliklə cəzanlandırılır. Məsələn, Tövbə surəsinin 77-ci ayəsində belə buyurulur: Allaha verdikləri və’də xilaf çıxdıqlarına görə, Allah da onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər nifaq saldıİbrahim surəsinin 27-ci ayəsində isə belə deyilir: «Allah iman gətirənləri dünyada və axirətdə möhkəm bir sözlə sabit qədəm edər. Allah zalımları yolundan azdırarİnsanın öz əməlindən doğan bu pis nəticə, onun iradə azadlığına qətiyyən zidd deyildir. Məsələn, spirtli içki içən insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət qapıları açılacaq. Məsələn, adam öldürəcək. Bu şəxs sərxoş olduğunu bəhanə gətirib, adam öldürmək fikirində olmadığını iddia etsə də, məs’uliyyətdən qaça bilməz.

Allah-təalanın bir insanı doğru yola yönəldib, o birini zəlalətə salmasının əsil səbəbi, həmin insanların əvvəlki xeyir və ya şər əməllərində axtarılmalıdır.


Tarix: 03.12.2014 / 15:32 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı melumatlar
loading...