Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bismillahir Rəhmanir Rəhim" zikrinin fəzilətləri

"Bismillahir Rəhmanir Rəhim" zikrinin fəzilətləri

Həzrət Rəsuli Əkrəm (s) buyurub: "Hər bir məsuliyyətli iş "Bismillahir Rəhmanir Rəhim" ilə başlamasa, naqis və natamam qalacaq.

Həzrət Məhəmməd (s) buyurub: " Hər zaman bəndə "Bismillahir Rəhmanir Rəhim"i oxusa şeytan ondan qaçar."

İmam Sadiq (ə) buyurub: " Sizlərdən biri dəstəmaz alanda, yeyəndə, içəndə və ya paltar geyinəndə yaxşı olar ki, "Bismillahir Rəhmanir Rəhim"

desin. Əgər belə etməsə, şeytan o işdə iştirak edəcək.

Həzrət Məhəmməd (s) buyurub: " Hər kəs gecə yarısı ibadət üçün oyanmaq istəsə, öz yatağında yatarkən gərək desin: "Bismillahir Rəhmanir Rəhim", Pərvərdigara! Məni öz məkrindən asudə etmə, öz zikrini yadımdan çıxartma, məni qafillər dəstəsində qərar vermə və mən filan saatda yuxudan oyanım." Şübhəsiz Allah-Təala onun üçün həmin saatda onu oyatmaq üçün bir mələk təyin edər."

İmam Sadiq (ə) buyurub: " İdrar və ya bundan qeyrisi üçün soyunduğunuz zaman, Bismillahir Rəhmanir Rəhim deyin. Çünki belə surətdə şeytan sizə işiniz qurtarana qədər baxmaz."

İslam peyğəmbəri (s) soruşuldu: " Şeytan insanla bir şey yeyir? O həzrət buyurdu: Bəli, hər bir süfrə başında "Bismillahir Rəhmanir Rəhim" deyilməsə, şeytan onlarla yemək yeyər. Buna görədə Allah o süfrədən bərəkəti götürür.

Rəsuli Əkrəmin (s) belə buyurduğu nəql olunur: " Bəndə hər zaman yatan vaxtı "Bismillahir Rəhmanir Rəhim" desə, Allah-Təala buyurar: "Mənim mələklərim! Onun sübhə qədər aldığı nəfəsləri, həsənat hesab edin və onun üçün yazın.

İmam Kazım (ə), Rəsulullahın (s) belə buyurduğunu nəql edir: " Əgər bir kəs öz miniyinə minəndə Allahın adını çəksə, bir mələkdə onun ardınca o miniyə minər və onu minikdən düşənə qədər qoruyar. Əgər yox minən zaman Allahın adını çəkməsə, şeytan onun ardınca minib, ona yoldaş olar!


Tarix: 03.12.2014 / 15:22 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı melumatlar
loading...