Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümünü istəyənin hədiyyələri

"Bir kimsə, Peyğəmbər əfəndimin yanına gələrək: -İcazə ver,
ya Rəsulullah, ölümümü xahiş edim. Peyğəmbər əfəndimiz:
-Ölüm elə bir şeydir ki onun üçün hazırlıqlı olmaq lazımdır! Yol uzun, azuqə istər.
Ölümü təmənna edənin on hədiyyə hazırlaması lazımdır.
O kimsə soruşdu: Hədiyyələr kimə ya Rəsulullah?

Peyğəmbər əfəndimiz buyurdu:

1 - Əzrailin hədiyyəsi.
2 - Qəbirin hədiyyəsi
3 - Münkər və Nəkir'in hədiyyəsi.
4 - Mizanın hədiyyəsi.
5 - Sirat körpüsünün hədiyyəsi
6 - Malikin hədiyyəsi.
7 - Rıdvan'ın hədiyəsi.
8 - Ruhun hədiyyəsi.
9 - Peyğəmbərinin hədiyyəsi.
10 - Rəbbinin hədiyyəsi.

- Bu hədiyyələr nələrdir, ya Rəsulullah?

Əzrailin hədiyələri dörddür:

1 - Yaxşı xasiyyətli olmaq.
2 - Keçirdiyin ibadətləri qəza etmək.
3 - Ölümə hazırlanmaq, səfərə çıxacaq sərnişin kimi.
4 - Ürəyində Allah eşqini daşımaq.

Qəbirin hədiyyələri də dörddür.

1 - Söz daşımağı tərk.
2 - Paltara idrar sıçratmamaq.
3 - Quran-ı Kərimi oxumaq.
4 – Salavtı şərifi çox oxumaq.

Münkər və Nekir'in hədiyyələri;

1 - Doğru danışmaq.
2 – Qiybəti tərk etmək.
3 - Haqqı qəbul etmək.
4 - Təvazökarlığa sahib olmaq.

Mizanın hədiyyəsi:

1 - Əməlini ixlas ilə etmək.
2 - Başqasına əzab etməkdən çəkinmək.
3 - Gözəl əxlaq sahibi olmaq.
4 - Allahı çox zikr etmək.

Sirat Körpüsünün hədiyyəsi:

1 - qəzəbini udmaq, hirslənmək.
2 - Təqva sahibi olmaq.
3 - Camaatla davam etmək.
4 – İbadətlərə ara vermədən davam etmək.

Malikin hədiyyələri:

1 - Allah qorxusundan ağlamaq.
2 - Gizli sədəqə vermək.
3 - Üsyanı tərk etmək.
4 - Ana və ataya yaxşılıq etmək.

Cənnət mələyi Rıdvan'ın hədiyəsi:

1 - Pisliklərdən çəkinmək.
2 – Nemətlərə şükr etmək.
3 - Malını Allah yolunda sərf etmək.
4 - Əmanəti mühafizə etmək.

Ruhun hədiyyəsi:

1 - Az yemək.
2 - Az danışmaq.
3 - Az yatmaq.
4 - İstiğfara davam etmək.

Peyğəmbərin hədiyyəsi:

1 - Əhli-beyti sevmək.
2 - Sünnəyə tabe olmaq.
3 - Peyğəmbərin sevdiklərini sevmək.
4 - Səhabəyi-kiramı sevmək.

Allahın hədiyələri:

1 - Allahın əmrlərini etmək.
2 - Nəhy etdiyi, qadağan etdiyi şeylərdən qaçınmaq.
3 - İnsanlara nəsihət etmək.
4 - Bütün məxluqata qarşı mərhəmətli olmaq. "


Tarix: 03.12.2014 / 15:14 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar
loading...