Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz Elinin Hormeti

Hz.Eli(e.s.) subh namazina gederken
Bir gün
sübh
namazı vaxtı Həzrət Əli məscidə
gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun
ağsaqqallığına hörmət edib, qarşısına keçmir

yavaş-yavaş ardınca gedir. Məscid qapısına
çatanda yaşlı kişi məscidə girməyib, yoluna
davam edir. Sonradan Həzrəti Əli onun xristian
olduğunu başa düşür. Məscidə girəndə
Peyğəmbər Həzrətlərini rukuda görür.
Günəşin
çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli camaata
qoşulub namaz qılır.
Namazdan sonra səhabələr Peyğəmbərdən
soruşurlar: "Ya Peyğəmbər! Birinci rukuda
adətinizdən daha çox qaldınız. O qədər
durdunuz
ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf
edib,
səbəbini deyə bilərsinizmi?"
Həzrəti Mühəmməd Peyğəmbərimiz "Hər
zaman
olduğu kimi Səmi'allahülimə n həmidəh deyib,
rukudan qalxmaq istəyəndə, Cəbrayil
Əleyhissəlam
peyda olub qanadı ilə kürəyimdən
basıb, başı ilə başınmı tutub qalxmağıma
mane
oldu. Bundan başqa hikmətinin nə olduğunu
mən
də bilmirəm" - buyurdu.
O an Allah Təala Cəbrayıl Əleyhissəlama əmr
edir ki, "Həbibimə yetiş, səbəbini bildir.
Əshabına bu sirri
açsın."
O saat Hz.Cəbrayıl Həbibullahın hüzuruna
gəlib,
xəbər verdi ki, "Ya Rəsulallah! Mübarək
başınızı
rukudan qaldırmaq istədiyiniz zaman Allah
Təala
mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma
rukudan qalxsın. Mənim qulum Əli yolda bir
ağsaqqalın
saqqalına hörmət edib yavaş yeridiyi üçün
camaat
namazının savabından məhrum olur.
Qalmasın.
Həbibimə çatsın. Mən də gəldim, Sultanımı
rukuda tutdum, Əli gəldi. Allah Təala məni sizi
rukuda tutmağa göndərdiyi zaman, qardaşım
İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli
sizə
çatana qədər çıxmasın. Budur hikmət.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar
loading...