Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz Qılmayan Adam Oruc Tuta Bilərmi?

Namaz və oruc ayrı-ayrı vacib ibadətlərdir. Bunların hər ikisini etmək insanın borcudur. Bunların biri o birini əvəz etmir və birini etməmək o birinə mane olmur. Təsəvvür edin ki, bir nəfərdən 100 manat pul borc almısınız.

Milli.Az İslam.az-a istinadən bildirir ki, müddətin sonunda bütün borcu qaytara bilməsəniz də, heş olmasa bacardığınız hissəni qaytarmanız daha yaxşı olmazmı? Allah qarşısında borcu heç verməməkdənsə, bir hissəsini də olsa vermək daha yaxşıdır. Ona görə də, namaz qılmayan adam orucunu tutmalıdır. Amma unutmasın ki, oruc tutduğuna görə savab qazandığı halda, namaz qılmadığına görə də günah qazanır.

Və unutmasın ki, oruc tutmaq namaz vəzifəsini onun öhdəsindən götürmür. İbadətlər elə əməllərdir ki, onların birini səmimi qəlbdən etsən, həmin ibadət səni o biri ibadətlərə tərəf aparacaq. Orucu ixlasla tutan adamın bir müddət sonra hidayət olunaraq namaza başlayacağına inanırıq.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar
loading...