İnsan xüsusilə gəncliyində ölümü heç ağlına gətirmək istəməz. Bunu bir son olaraq gördüyü üçün ölümün düşüncəsindən belə qaçar. Düşünməmək onun üçün ən rahat qaçış yoludur. Halbuki fiziki qaçış ölümə bir çarə olmadığı kimi, ölümü ağılına gətirməkdən uzaq ölümdən qurtula bilmək də mümkün deyil. Bundan əlavə, ölümü ağlına gətirməmək də mümkün deyil. İnsan, hər gün önünə gələn qəzetlərdə mütləq ölüm xəbərləriylə, ölüm elanlarıyla qarşılaşar. Yolda gedərkən bir cənazə avtomobilinə rast gələr ya da bir qəbiristanlığın qarşısından keçər. Zaman içində yaxınları və qohumları ölər. Onların cənazə mərasimlərinə gedəndə və evlərini ziyarət etdiyində, mütləq həqiqətlə üz-üzə qalır. Başqalarının, xüsusilə də sevdiklərinin ölümünü gördükcə, öz sonunu düşünür. Bu düşüncə, ürəyini sıxar, ruhunu böhrana salar.
İnsan nə qədər göstərərsə göstər, hara sığınarsa sığınsın, hara qaçarsa qaçsın, əslində fərqində olmadan hər an öz ölümünə doğru qaçar. Qarşısında başqa bir qapı, seçim və ya çıxış yolu yoxdur. Geri sayma davamlı davam edir. Nə istiqamətə dönsə ölüm onu oradan qarşılayar. Çəmbər davamlı daralaraq ona doğru yaxınlaşar və sonunda cəld tutar. Allahın qoyduğu qayda-qanunda yenə bir dəyişmə olmamışdır. Taledə təyin olunmuş bir anda və yerdə ölüm onu tutmuşdur. Quranda, bu sirr belə xəbər verilir:
De ki: "Əlbəttə sizin özündən qaçdığınız ölüm, şübhəsiz sizinlə qarşılaşıb-görüşəcək. Sonra siz gizlini də, aşkarı da bilən (Allah) a qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir." (Cümə Surəsi, 8)
Hər harada olsanız ölüm sizi tapar, uca təhkim edilmiş qalalarda olsanız belə. (Nisa Surəsi, 78)
Bu səbəblə etməmiz lazım olan, özümüzü aldatmağı ya da gerçəkləri göz ardı etməyi bir kənara buraxıb Allahın qədərimizdə müəyyən etdiyi müddəti ən yaxşı şəkildə qiymətləndiə bilməkdir. Bu müddətin nə vaxt bitəcəyini də tək Allah bilir.
Tarix: 04.06.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar