Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxuyun Maraglidi

Həzrəti rəsuli əkrəm(s.ə.s)buy­urdu:Bir zaman gələr ki,camaat alimlərə yalnız yaxşı və gözəl paltarına görə hörmət edər.Quran səsinə də yalnız gözəl səslə oxunduqda qulaq asarlar.Allaha yalnız mübarək ramazan ayında ibadət edərlər.Onlarınqadınlarında həya,kasıblarında səbr,varlıların­da səxavət olmaz.Aza qane olmaz,çox ilə doymazlar.Onların bütün fikri,zikri qarınları,dinləri pul,qiblələri arvadlarıdır.Qoyun canavardan qaçdığı kimi,onlar da dini alimlərdən qaçarlar.Belə olanda Allah da onları 3 cür bəlaya düçar edər:
1-incisi: onların mallarının,dövl­ətlərinin bərəkətini alar.
2-cisi: zalım hökmüdarı onlara hakim edər.
3-cüsü də: dünyadan imansız gedərlər.
Həzrəti Rəsuli Əkrəm(s.ə.s),Hə­zrəti əli(ə)-dan və.s məsum imamlardan axirət zamanda baş verəcək hadisələr haqqında çoxlu rəvayətlər nəql olunubdur.
11-ci HƏDİS. Namazın fəziləti və əhəmiyyətli bir əməl olması.Dinin sütunu,möminin ilahi dərgaha meracı,yüksəlməvasitəsi və müqəddəs islam dinində firuiddin 1-ci olması barəsində.
Bilin ki.namaz dinin sütunu,Allah yanında ən yaxşı əməl və peyğəmbərlərin nəsiət etdiyi axırıncı şeydir.Əgər bu qəbul olunsa,sair əməlləri də qəbul olacaq,əgər qəbul olunmasa,insanın sair əməlləri də qəbul olunmayacaqdır.
Namaz qiyamətdə adəm övladının əməlləri arasında araşdırılacaq ilk əməldir.Əgər o yaxşı olsa onda bəndənin başqa əməllərinə də baxılacaqdır.Əgər yaxşı olmasa onda onun başqa əməllərinə də baxılmayacaqdır.
Qiyamət günü olanda bəndəni çağırarlar.Ondan soruşulacaq birinci şey namaz olar.
Səhih bir hədisdə imam Cəfəri Sadiq(ə)-ın belə buyurduğu nəql olunur:
-Allahı tanıyıb,etiqad bəsləməkdən sonra namazdan da əfsər bir şey bilmirəm.
Sonra H.z quranda İsa(ə)-da sözlərini buna şahid gətirdi:Rəbbim mənə diri olduğum vaxta qədər namaz qılmağı və zəkat verməyi vəsiyyət etdi.
Şeyx Tusi o Həzrətin belə buyurduğunu nəql edir:
-«Vacib namaz Allah yanında 1000 həcc və 1000 ümrəyə bərabərdir.»
H.z Rəsuli Əlrəm(s.ə.s)buyurur.
-«Hər kəs namazı yüngül saysa,ona etinasız yanaşsa məndən deyildir.»
Başqa bir hədisdə buyurur:
-«Hər kəs namazı yüngül saysa,mənim şəfaətim ona çatmayacaq.» Yenə buyurur:
-"Öz namazınızı korlamayın,zay etməyin!"
H.z Əmirəl Möminin Əli(ə) öz nəsiyyətinin sonunda buyurub:
-«Amandır,namazbarəsində qorxun Allahdan.Amandır,namazı yaddan çıxarmayın! Çünki,namaz ən yaxşı əməl və dinimizin sütunudur.»
Nəql olunub ki,bir gün Rəsuli Əkrəm(s.ə.s) məsciddə oturmuşdu.Bu zaman bir kişi məscidə gəlib.namaz qılmağa başlayır.Amma onun ruku və səcdələrini kamil şəkildə yerinə yetirmədən namazını qılıb,qurtardı.H.z buyurdu:
«Bu kişi qarğa dimdiyini yrə vurduğu kimi başını yerə qoydu.Əgər bu kişi namazını belə qıldığı halda ölsə,başqa bir dində ölmüş olacaq.»
Burada İmam Cəfəri Sadiq(ə)-ın son vəsiətini də təqdim edirik.Əbu Bəsirdeyir:
-"İmam Cəfəri Sadiq(ə)-ın şəhadətinə görə baş sağlığı vermək üçün ümmü Həmidənin hüzuruna gəldim.O xanım ağlamağa başlayır.Mən də onun ağlamağına görə ağladım. Sonra buyurdu:Ya Əba Məhəmməd əgər H.z Sadiqi şəhid olan zaman görsəydin,qəribə bir səhnənin şahidi olardın.O Hz. ömrünün axır anlarında gözlərini açıb,buyurdu:
«Hər kəs ki,mənimlə onun arasında yaxınlıq və qohumluq vardı,buraya çağırın.»
Biz qohum əqrabadan bir kəsi belə yaddan çıxarmadıq.sonra Hz. onlara baxıb,buyurdu:
-«Bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaq.»
Namazın fəzilət və əhəmiyyəti barəsində bunu qeyd etmək kifayətdir ki,Rəsuli Əkrəm(s.ə.s) mübarək ramazan ayının xüdpəsində buyurmuşdur ki,«Allah öz izzət və cəlalına and içib,buyurmuşdur:»Namaz qılanlara və səcdə edənlərə əzab verməyəcək."


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 202 Bölmə: Maraqlı melumatlar
loading...