Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Movlanin Wehadet Yataginda Vesieti.

Həzrət Əlinin(ə) şəahadət yatağında etdiyi
vəsiyyət
Bu vəsiyyətin o həzrətin iki oğlu–Həsənlə-
Hüseyn (ə) üçün edilməsinə baxmayaraq,
həqiqətdə dünyanın sonuna qədər olan bütün
insanlar üçün örnəkdir. Bu vəsiyyəti mərhum
Seyyid Rəzidən əvvəl və sonra yaşamış bir çox
tarixçilər və mühəddislər mötəbər sənədlə
qeyd etmişlər.[Tarixi-Yəqubi, c.2, səh.213]
Əlbəttə, vəsiyyətin əsli Seyyid Rəzinin "Nəhcül-
Bəlağə"də qeyd etdiyindən çoxdur. İndi onun
bir hissəsini burada qeyd edirik:
"Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan
qorxasınız, dünya sizin sorağınıza gəlsə də,
siz dünyanın ardınca getməyəsiniz; dünyada
əlinizdən çıxan bir şey üçün təəssüflənməyin,
haqq söz deyin və (ilahi) əcr və savab üçün iş
görün, zalımların düşməni və məzlumların
dostu, himayəçisi olun."
***
"Mən sizə və bütün övladlarıma, əhlimə və bu
vəsiyyətnaməninçatacağı hər bir kəsə təqvalı
olub Allahdan qorxmağı, öz işində nəzmli
(dəqiq) olmağı, iki nəfərin arasında sülh
yaratmağı tövsiyə edirəm, çünki sizin
cəddinizin belə buyurduğunu eşitdim:
"Camaat arasında sülh yaratmaq bir illik oruc-
namazdan əfzəldir."
***
"Amandır, yetimləri unutmayasınız! Məbada
onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar!
Məbada sizin hüzurunuzda, onlara baş çəkən
bir adamın olmadığına görə (tələf olub)
aradan gedələr!"
***
"Amandır, öz qonşularınızla gözəl rəftar edin,
çünki onların barəsində sizin Peyğəmbəriniz
(çoxlu) tövsiyələr etmişdir. O həzrət qonşular
barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə
irsdən onlara da bir pay verəcəyini güman
edərdik."
***
"Amandır, Qurana (çox-çox) əhəmiyyət verin!
Məbada başqaları ona əməl etməkdə sizdən
qabağa keçə! Amandır, namazdan qafil
olmayın! Həqiqətən namaz dinin sütunudur.
Amandır, Allahın Evi (Kəbə) barəsində; nə
qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki
əgər boşladılsa, sizə möhlət verilməyəcək və
ilahi bəla sizi tutacaq."
***
"Amandır, Allah yolunda mal-dövlətinizlə,
canınızla və dilinizlə olan cahadı unutmayın!
Sizə vacibdir ki, dostluq əlaqələrini və
məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi
unutmayasınız və bir-birinizə arxa
çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq
olasınız. Əmr be məruf və nəhy əz münkəri
tərk etməyin, (əks halda) şər adamlar sizə
hakim olacaq, sonra da nə qədər dua etsəniz,
qəbul olunmayacaqdır."
Sonra buyurdu:–Ey Əbdül-Müttəlib övladları!
Məbada siz mənim şəhadətimdən sonra
"Əmirəl-mömininöldürüldü", deyə bəhanə
edərək qolunuzu çırmalayıb müsəlmanları
qanına qəltan edəsiniz! Bilin və agah olun ki,
mənim qisasımı alanda yalnız qatili
öldürməlisiniz.Əgər mən bu zərbə nəticəsində
dünyadan getsəm, ona yalnız bir zərbə vurun
ki, bir zərbə–bir zərbə müqabilində olsun.
Məbada onun burun-qulağını kəsəsiniz! Mən
Peyğəmbər (s)-in belə buyurduğunu
eşitmişdim: "Hətta quduz iti belə, müslə
etməkdən (burun-qulaq kəsməkdən) uzaq
olun!"
İmamın (ə) övladları pərişan, boğazları qəm-
qüssədən qəhərlənmiş halda oturub o
həzrətin nəvazişli sözlərinə qulaq asırdılar.
İmam (ə) bu vəsiyyətin axırında huşdan getdi,
huşa gəlib gözlərini yenidən açanda buyurdu:
"Ey Həsən, sənə bir-iki sözüm var. Bu gecə
mənim ömrümün axır gecəsidir. Öldükdən
sonra öz əlinlə mənə qüsl ver, kəfənə bük.
Mənim kəfən və dəfn işlərimi özün şəxsən gör,
cənazəmə namaz qılıb gecə qaranlığında
Kufədən uzaqda, məxfi şəkildə torpağa tapşır,
qoy heç kim ondan xəbərdar olmasın."
Əli (ə) iki gün sağ qaldıqdan sonra 40-cı ilin
Ramazan ayının 21-ci gecəsində 63 yaşında
dünyadan getdi. Onun əziz oğlu İmam Həsən
(ə) öz əli ilə ona qüsl verdi, ona namaz qıldı.
Əli (ə) Kufədə, "Ğərra" adlı bir yerdə (indiki
Nəcəf-Əşrəfdə) dəfn edildi. Xilafət dövrü 4 il 2
ay çəkdi. [Kamil ibn Əsir, c.3, səh.394/ Tarixi-
Təbəri. c.4, səh.116, ]

Tural


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar
loading...