Hikmət sahibi olan bir tacirin bir
oğlu və bir qızı olur. Onlara çox
gözəl tərbiyə verir. Həmin bu
tacirin evinə hər sabah bir kişi su
gətirir. Hər dəfə də qapını su
gətirən kişi üçün tacirin
kiçikyaşlı qızı açır. Bu qız
uşaqlıqdan yaşlı adamın su
gətirməsindən xəbər tutan kimi
tez gedib qapını açardı.
Günlər keçir, aylar ötür, bir gün
tacirin oğlu ticarət üçün Şama
yollanır. Su gətirən kişi adəti üzrə
suyu gətirir, balaca qız qapını
onun üçün açır. Bir gün də
qızcığazın atası eyvanda
oturmuş halda evində baş verən
bir hadisənin şahidi olur. Su
gətirən kişi suyu qoyub getmək
istəyəndə qəribə bir hadisə baş
verir. O, qızcığazın xəbəri
olmadan onu gözlənilməz
vəziyyətdə öpüb qapıdan ayrılır.
Bu hərəkət su gətirən adam
tərəfindən həmin evə gəldiyi
müddətdə ilk atdığı səhv addım
olur. Lakin hikmətli tacir ata bu
hadisəyə dərhal reaksiya vermir,
səbr edib düşünür.
Oğlu ticarət səfərindən
qayıdandan sonra atası onunla
təkbətək oturub söhbət edir.
Oğlundan səfərdə başına
gələnlər haqqında soruşur. Zina
etməyin,sonra bədəlini
ödəyəcəksiniz
Oğlu atasına hər şeyi danışır,
amma bir şeyi gizlədir. Atası
oğluna verdiyi sualların cavabı
ilə qane olmadıqda, yenidən
ondan tam həqiqəti öyrənməyə
çalışır. Bu dəfə oğlu atasından
üzr istəyərək başına gələn bir
hadisəni ona danışmalı olur.
Səfərdə olarkən o, gözəl bir qızla
rastlaşır. Nəfsini boğa bilmədiyi
üçün qızı gözləmədiyi halda
öpür. Atası bunu eşidər-eşitməz
bu sözləri deyir:
-Addım, addım...atdıqca artır. Hər
günahın bir bədəli var...Əgər sən
ondan artıq hərəkət etsəydin,
bizim evə su gətirən də ondan
daha artığını edərdi.
Oğul atasının bu sözündən
təəccüblənir. Atası o səfərdə
olarkən bacısının başına gələn
hadisəni ona danışır. Sonra
oğluna bu sözləri deyir:
-Kim zina edərsə — başqasının
namusuna toxunarsa, onun da
namusuna toxunarlar.
Əgər bizlərdən hər birimiz bu
hadisəni düşünsə, namusunu
fikirləşsə və bilsə ki, başqasının
ismət və namusuna göz
dikməklə başqalarının da gözünü
onun ismət və namusuna
dikilməsinə səbəb olacaqdır,
onda o, bu hərəkətindən vaz
keçər.
Unutmayaq ki, hər bir günahın
bir bədəli vardır...
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 144 Bölmə: Maraqlı melumatlar