Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eziz Muselman Kədərlənmə!

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu
peyğəmbərimiz Məhəmməd (s.a.a.)
Peyğəmbərə və onun Ailəsinə, Pak
Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə... Ey mömin, kədərlənmə! Çünki kədərin
nə olduğunu dünən başa düşdün.
Ancaq bunun da sənə bir faydası
dəymədi. Övladın imtahandan kəsildi. Yenə
kədərləndin, qəmləndin. Amma bu da
onun imtahanda uğur qazanmasına
kömək etmədi. Atan haqqın rəhmətinə qovuşdu.
Hüznün onu geri qaytardımı?! Müflisləşdin. Qəmlənib-kədərl
ənməyin itirdiklərini sənə qaytardımı? Kədərlənmə! Çünki hər dəfə bir
bəladan dolayı kədərləndikcə yeni-
yeni müsibətlərə tuş gəldin.
Kasıblıqdan dolayı kədərləndin, ancaq
bu, sənə var-dövlət vermədi, əksinə,
atdığın hər bir addımda uğursuzluğa düçar oldun. Hətta bədgüman olaraq
qəm dəryasına qərq oldun. Kədərlənmə! Qəmli anlarında nə geniş
mali-mülkün, nə zəngin var-dövlətin
nə də əməlisaleh övladların sənə
fayda verəcək. Kədərlənmə! Çünki qəm-kədər səni
tikanlı gülə, qurumuş bir bağa və
dözülməz zindan olan həyata
bənzədir. Ey insan! Allah sənə qüsursuz əl-ayaq,
gözlər və digər əzalar əta etdiyi halda
üzülüb-kədərlən məyinin səbəbi nədir? Kədərlənmə! Çünki sənin səmimi
qəlbdən bağlanacağın dinin, əmin-
amanlıqda olacağın evin, yeməyə bir
parça çörəyin, geyməyə paltarın, sadiq
həyat yoldaşın var. Kədərlənmə! Sanki sən qüssələnməklə
zamanın axarını dayandıra, itirdiyin
vaxtı, qədir-qiymətini bilmədiyin anları geri qaytara biləcəyini zənn
edirsən. Əbəs yerə… Kədərlənmə! Çünki qəm-kədər şiddətli
bir külək kimidir. Belə külək havanı
korlayar, təmiz suları bulandırar və bol
məhsullu bağları yerlə yeksan edər. Kədərlənmə! Çünki qəmli insan
məcrasından çıxan çaya bənzəyər.
Gah dənizdən ayrılar, gah da dənizə
yol alar. Kədərlənmə! Çünki xoşbəxtlik və
rahatlıq həyatı mənasıdır. Günlərini
qəm-qüssə ilə keçirmə. Sakit gecələrini
qəm dəryasına qərq etmə. Qoy,
həyatın belə şeylərin güdazına
getməsin, israf olmasın! Unutma, Allah israf edənləri sevməz. Kədərlənmə! Çünki sahib olduğun
var-dövlət, ev-eşik, bağ-baxça qəm-
qüssə içində olduğun halda sənə heç
bir fayda verməyəcək. Əksinə, onlar
sənin ağrı-acını, qəm-qüssəni daha da
artıracaq. Kədərlənmə! Nə qədər ki, qəmi-kədəri
qəlbinin sirdaşı, gözünün nuru
etmişsən, təbiblərin verdiyi dava-
dərman sənə əlacı olmayacaq. Kədərlənmə! Dua edəcəyin, dərgahına
əl uzadacağın, qapısında aram
tapacağın, gecəyarı qalxıb ürəyini
boşaldacağın bir rəbbin var. Kədərlənmə! Çünki Allah hər şeyi
sənin üçün xəlq edib. Sənin üçün yer
üzündə bağlar, bağçalar yetişdirib.
Saymaqla tükənməyən bu nemətlər
qarşısında sənin kədərini başa
düşmək çətdindir. Kədərlənmə! Çünki sən hər gün sənin
içməyə suyun, almağa havan var.
Sərbəst gəzmək, gecələri rahat
uyumaq nemətinə sahibsən. Kədərlənmə! Bütün müsibətlər
keçicidir, cəmi xəstəliklər sağalandır,
günahlar da bağışlanandır. Unutma ki,
sən Allah tərəfindən ən böyük nemət
olan İslam ilə şərflənmişsən. Kədərlənmə! Məgər qara buludların
tez keçib getdiyini görmürsənmi?
Gələn gecənin nurlu sabahla
əvəzləndiyini müşahidə etmirsənmi?
Qorxulu və təlatümlü küləklərin xoş
və xəfif yellə əvəz olunduğunu bilmirsənmi? Elə isə kədərlənib qəm-qüssəyə
batmağının heç bir mənası yoxdur.
Qəmi-kədəri bir kənara qoy. Xoşbəxt
bir həyata qədəm bas! Kədərlənmə, əziz qardaş! Unutma ki,
günəşin qızmar istisi gecənin qaranlığı
ilə soyuyur. Şiddətli suszluq soyuq su
ilə yatırılır, aclıq isti çorəklə dəf edilir.
Gündüzün yorğunluğu gecənin
yuxusuna təslim olur. Sənə isə yalnız və yalnız azacıq səbr etmək və bir
müddət gözləmək düşür.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar
loading...