Keçmiş zamanlarda bir nəfər
Ərəbistan çöllərində tək başına
uzaq bir səfərə çıxıbmış.
Şeytan onu yolundan azdırmaq
üçün insan qiyafəsində onun
qarşısına çıxır və deyir:
- Salam, ey dost. Görürəm, tək
başına harasa səfər edirsən.
İstəyirsənsə, sənə yol-yoldaşı
olaram.
Mənim də yolum sən getdiyin
tərəfədir.
Həmin şəxs çox sevinir və
şeytanın təklifini qəbul edir.
Bu minvalla iki yoldaşı uzun-
uzadı yollarına davam edirlər.
Nəhayət qaş qaralır, axşam
düşür.
Birdən şeytan yoldaşına deyir:
- Mən səninlə dostluq etmək
istəmirəm!
Adam bunun səbəbini
soruşduqda Şeytan dillənir:
- Səhərdən səni müşahidə
edirəm. Səni bir dəfə də olsun
namaz qılan görmədim.
Mən insan qiyafəsinə girmiş
şeytanam.
Səni yolundan azdırmaq üçün
belə etdim. Baxdım ki, səni
azdırmağa ehtiyac yoxmuş.
Mən ALLAHA yalnız bir dəfə
səcdə etməyib Ona asi oldum.
Bu əməlimə görə də ALLAH məni
qiyamətə qədər lənətlədi.
Sən isə gündə beş dəfə ALLAHA
səcdə etməyə tənbəllik edirsən.
Ona görə də səninlə olmağımla
bir daha ALLAHIN lənətinə düçar
olmaqdan qorxuram və səninlə
dostluq etməkdən imtina edirəm.
Sənin vəziyyətin mənimkindən
betərmişki..
P.S:Namaz qilmayan insanlar,utanin! Hetda weytan bele sizinle dostluq etmek istemir... Axirete eli yaninda getmeyimi duwunursunuz? Heyf,cox heyf... Bari namaz qilin,Allah dergahinda savab qazananlardan olun...
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar