Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**Hz.MeHeMMeDDeN(s.e.s.)_SuaL-CaVaB**

Sual: Ey Allahın Rəsulu, bizə
peyğəmbərlər haqqında danışın.
Deyiniz görək dünyaya neçə
peyğəmbər gəlib və onların
neçəsi mürsəldir, neçəsi nəbidir?
Söyləyin görək onların neçəsinin
kitabə və əl yazması bizə gəlib
çatıb?
Cavab: Həzrət Peyğəmbər (s.ə.s)
cavab verərək, buyurur. Allah
yer üzünə 124 min peyğəmbər
gündərib. Onların 313-çü
mürsəldir, yəni Allahın rəsulu,
elçiləridir. Yerdə qalanlar isə
Nəbilərdir, yəni xəbər
verənlərdir.O peyğəmbərləri
Allahın rəsulu adlandırmaq olar
ki, Cəbrail, onlarla söhbət etmiş,
onlara peyğəmbərlik verilməsi
xəbərini gətirmişdir. Mənimlə
(yəni Hz.Muhamməd (s.ə.s))
birlikdə belə peyğəmbər 313
nəfərdir. Dediyim 313 nəfərin
25-i o peyğəmbərlərdir ki, Allah-
Təala müqəddəs kitabda-
Quranda onların adını çəkir. Bu
elçilərdən 25-cisi, Quranda
deyildiyi kimi zəmanənin
sonuncu peyğəmbəri mənəm
(yəni Hz.Muhamməd (s.ə.s)).
Quranda adları çəkilən 28
peyğəmbərdən yeddisinə kitab
və lülə halında bükülmüş kağız,
yəni risalə nazil olub. Bunlardan
birincisi Şeys peyğəmbər, ikincisi
İdris peyğəmbər, üçüncüsü
İbrahim peyğəmbər, dördüncüsü
Musa peyğəmbər, beşincisi
Davud peyğəmbər, altıncısı İsa
peyğəmbər, yeddincisi isə
mənəm.
Allah-təala bütün
peyğəmbərlərin içərisində məni,
bütün peyğəmbərlərin ardıcılları
içərisində mənim ümmətimi
xüsusi olaraq fərqləndirmişdir.
Qiyamət günü Cənnətə mənim
ümmətimdən qabaq heç kəs
girməyəcək. Cənnət çayı –
Kövsərin suyu və təmiz içkiləri
mənim ardıcıllarımın ixtiyarında
olacaqdır. Mənim ardıcıllarım
başqa peyğəmbərin ardıcıllarına
da içkilər paylayacaqlar. Bütün
söhbətlərdə müsəlmanlara
üstünlük veriləcəkdir. Belə bir
üstünlük əbədi olaraq
müsəlmanlara olacaqdır


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar
loading...