- Əbu əd-Dərdə (Allah ondan razı olsun) buyurur: “Ölümü tez-tez xatırlayın, o zaman çox şeyə paxıllıq etməyəcək və çox şeyə sevinməyəcəksiniz”.
- Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “İki şey mənə bu dünyanın ləzzətindən dadmağa imkan vermirdi. Bunlar – ölüm haqqında fikirləşmək və Uca Allahın qarşısında necə duracağımı düşünməkdir”.
- Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) mənim çiynimdən tutub dedi: «Dünyada bir qərib, yaxud bir müsafir kimi ol!». Abdullah ibn Ömər (Allah onlardan razı olsun) hər dəfə bu hədisi rəvayət etdikdən sonra əlavə edərdi: “Axşama çıxdıqda səhərə sağ qalacağını, səhərə çıxdıqda isə axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!». (Səhih əl-Buxari 6416)
- Əbu Hüreyrə (Allah ondan razı olsun) ölüm ayağında olarkən ağlayaraq deyir: “Mənim sursatım azdır, qarşımda isə səhra böyükdür və mən bilmirəm o, harada qurtaracaq Cənnətdə, yoxsa Cəhənnəmdə”.
- Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: «Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı olan adamlar) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün bir iş görürsünüz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir iş görə bilməyəcəksiniz». (Səhih əl-Buxari 6417)
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar