Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəhənnəmə Açılan Qapı

Türkmənistandakı Qaraqum çölünün ortasında və artıq yox olmuş darvaza şəhərinin yaxınlığında yerləşən krater "Cəhənnəmə açılan qapı" adlandırılıb. Əsl adı Darvaz çuxuru olan bu krater on ildir ki, sönmür. Əslində bu təbiət hadisəsi deyil və 35 ildir bu çuxurun yanmasına səbəb nədir? - 35 il bundan əvvəl təbii qaz axtarışları üçün edilən qazıntılar əsnasında, briqadalar bir yeraltı mağarayla qarşılaşırlar. Həmin qazılar əsnasında mağara çökür və bütün işçilər torpağın altında qalırlar. Mağara da o qədər dərin olur ki, heç qurtarma qrupları belə o dərinliyə enməyə cəsarət etmirlər. Çünki onları o dərinliktə onları toksiki qaz təhlükəsi gözləyir. Çöküntünün içindən yüksələn bu toksiki qazlar atmosferə qarışmasının qarşısını almaq üçün mağaranın dibinə partdayıcı atırlar. Məhz o andan sonra yanmağa başlayan qazları heç kim söndürə bilmədi.Yaz-qış, gecə-gündüz, dərinliyi bəlli olmayan bu çuxur hələ də yanmağa davam edir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar
loading...