Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı hadisə..

ABŞ vətəndaşı Maykl Botrayt huşunu itirdikdən sonra amneziya keçirib və isveç dilində danışmağa başlayıb. Botrayt iddia edir ki, adı Yonas Ekdir. Həkimlər və jurnalistlərlə yalnız tərcüməçi vasitəsi ilə danışır.

61 yaşlı Botraytı fevralın 28-də huşsuz vəziyyətdə Pal-Sprinqdəki motellərdən birində aşkar ediblər. Ehtimal olunur ki, o, Pal-Sprinq şəhərinə tennis turnirində iştirak etmək üçün gəlib. Onun üzərində idman paltarı və raketkalar, o cümlədəm Maykl Tomas Botrayt adına şəxsiyyət vəsiqəsi olub.

Kişini xəstəxanaya gətiriblər. O, ayılanda isveç dilində danışmağa başlayıb və güzgüdə özünü tanımayıb. Botrayt bir sıra sosial və professional vərdişlərini itirib. Hələ də ingilis dilində danışmağı öyrənməyib. O, öz dostlarını qohumlarını tanımır.

Botrayt haqqında məlum olan odur ki, 1981-ci ildən 2003-cü ilə qədər İsveçdə yaşayıb. 1971-73-cü illərdə ABŞ hərbi aviasiyasında mexanik kimi xidmət çəkib. ABŞ-da 3D dizayner kimi işləyib. 10 il Yaponiyada, 4 il Çində İngilis dili dərsi tədris edib.

Amneziya istisna olmaqla Botrayt tam sağlamdır. Bu səbəbdən də tibb müəssisəsində çox qala bilməz.


Tarix: 17.12.2014 / 13:36 Müəllif: Aziza Baxılıb: 187 Bölmə: Maraqlı Melumatlar
loading...