Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı çiçək hansı otağa qoyulmalıdır?

Bildiyiniz kimi, ev dekorasiyalarında çiçəklərin əhəmiyyəti olduqca böyükdür. Otağa fərqli rəng və ahəng qata bilən bu canlılar ağıllı seçimlərdir.Əvvəlcə bunu bilməlisiniz! Çox qədimdən edildiyi kimi qonaq otağına və ya zala dekorasiya vermək məqsədilə hər tərəfi sarmaşıqlarla örtmək artıq dəbdə deyil. Çünki indiki vaxtda bu çiçəklərin oturduğunuz sahələrinizi çox örtməsi sizlərə boğulma və sıxılma hissi verə bilər. Ağılla istifadə etməklə yataq otağınızdan mətbəxə və ya vanna otağına qədər çiçəklərlə evinizin hər yanını dekorasiya edə bilərsiniz.Əvvəlcə qonaq otağınız üçün hansı bitiklərin daha gözəl olacağını bildirmək istəyirəm. Qonaq otağınız üçün mütləq yaşıl bitkilər seçməlisiniz. Böyük və kiçik formalarda dekorasiya etdiyiniz bitkilərlə otağınıza fərqli və xoş bir rəng qata bilərsiniz. Seçəcəyiniz çiçəklər rənglərini otağınızdakı əşyalara da uyğunlaşdırsanız, ciddi mənada gözəllik yaratmış olarsınız. Çiçəyi olmayan yaşıl bitkiləri seçməniz sizin üçün üstünlük təmin edə bilər.

Yatdığınız mühitdə sağlamlıq şərtlərindən ötrü gecələr oksigeni azaltmaması üçün canlı çiçəklər deyil, süni çiçəklər seçməlisiniz. Yenə də rəngarəng çiçəklərlə günə başlamaq istəyənlərdənsinizsə, oksigen miqdarını çox azaltmayacaq çiçəkləri seçməlisiniz.

Dəhliz və girişlər üçün süni çiçəkləri seçməlisiniz!

Dəhliz davamlı olaraq gəliş-gediş yeri olduğu üçün canlı çiçəklər burada qırıla bilər. Həm də, ümumiyyətlə, dəhlizlərin işıq düşməyən, günəşsiz mühit olduğunu hesab etsək, onsuz da digər çiçəklər burada uzun müddət yaşamayacaqlar. Buna görə də bu cür mühiti sevən çiçəklər sizlər üçün ideal olacaq. Bundan başqa, dekorasiya məqsədi ilə dəhlizinizin divarlarından da istifadə etməyiniz evinizə ayrı bir gözəllik qatacaq.

Təbii ki, çiçəyinizi mətbəxdə də yetişdirmək istəyirsinizsə, bu seçim bənövşə, ya da kaktus olmalıdır!

Xüsusilə də ev xanımlarının uzun zaman keçirdikləri mətbəxlərdə psixologiyaları baxımından da bu cür bitkilərin saxlanması lazımdır. Gözəl bənövşə çiçəkləri ilə, ya da suya ehtiyac duymayan kiçik və sevimli bir kaktus ilə bunu təmin edə bilərsiniz. Əlbəttə ki, dekorasiyaya uyğun olaraq kiçik saxsılar, ya da bunların əvəzinə daha orijinal fikirləri də qiymətləndirə bilərsiniz. Məsələn, istifadə etmədiyiniz orta ölçülü bir qəhvə fincanı içində kaktus olduqca xoş görünə bilər.


Bildiyiniz kimi, bəzi çiçəklər olduqca çox rütubətə ehtiyac duyurlar. Siz də bu cür bitkiləri sevənlərdənsinizsə, bu çiçəklərinizi də vanna otağına, ya da buna bənzər, rütubətlilik nisbəti yüksək olan yerlərdə yetişdirə bilərsiniz. Vanna otağı ümumiyyətlə, rütubətli, ya da qaranlıq olur və işığı da çox sevməyən çiçək növləri bu sahə üçün ideal olacaq.


Tarix: 10.12.2014 / 17:55 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqlı Melumatlar
loading...