Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brilyantlar

Bəzək, zinət əşyalarının, geyim aksesuarlarının, süvenirlərin və bir çox şeylərin hazırlanmasında müxtəlif qiymətli daşlardan istifadə edilir. Qiymətli daşların adları da özləri, xasiyyətləri, rəmzi mənaları kimi fərqlidir.

Hansı qiymətli daşları tanıyırsınız?
Qiymətli daşların keyfiyyəti və xüsusiyyətlərini üzə çıxarmağı hələ qədimdən öyrənib sistemləşdiriblər. Ənənəvi üsulla bu daşların təsiri haqqında biliklər nəsildən-nəsilə ötürülüb.Brilyant Onlara əsasən latın, yunan, ərəb adları verilib: heliotrop, almaz (brilyant) hematit, yaqut, qaqat, mirvari, sapfir, firuzə, kəhrəba, qaranat, xrozolit, giasint, xrizopraz, əqiq, mərmər, serdolik, nefrit, qranit, zümrüd, aydaşı, opal, lazurit, sardoniks, turmalin, topaz, mərcan, yaşma, akvamarin, karbunkul, maqnetit, serpentin, carqon, ametist, kalsedon, jade, kvars, prit, jasper, krizopras, lav və s. Bu qimyətli mineralları başqa sözlə mədən daşları da adlandırırlar. Təbiətdə mədən daşlarının kristallaşma prosesi indi də tam öyrənilməyib. Düzdür, müasir fizika və kimya labaratoriyalarında süni kristalların yetişdirilməsi prosesi aparılır, ancaq bu, məsələnin tam həlli demək deyil.

Daşların ən bahalısı
Almaz qiymətli daşların ən bahalısı sayılır. Cilalanmış almaz brilyant adlanır. Bu daş ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə səciyyələnir və kristallik quruluşa mailkdir. Almaz çox nadir və eyni zamanda çox geniş yayılmış mineraldır. Alimlərin təxminlərinə görə, Antaraktida qitəsindən başqa yer kürəsinin hər yerində almaz yataqları mövcuddur. XIX əsrin əvvəllərindək almaz yerin üst qatına yaxın yataqlardan çıxarılırdı. Sonra onu sənaye üsulu ilə yerin dərin qatlarından da çıxarmağa başladılar. Almaz təkcə yerin dərin qatlarında yerləşmir. O həm də göydən də düşə bilər. Çünki tərkibində almaz olan meteroidlər də məlumdur. Həmin meteroidlərin zərbə ilə yerə düşməsi nəticəsində almaz əmələ gələ bilir.
Alimlər müəyyən ediblər ki, almaz təbii halda yüksək təyziq və temperatur altında yerin təxminən 150 km dərinliyində və 1200-1400 dərəcə arasında yaranır. 1995-ci ildən bəri almazlar yüksək temperatur və təzyiq üsulu ilə süni şəkildə də alınır. Lakin təbii almaz sünidən qat-qat qiymətlidir.

Dünyanın «Brilyant paytaxtı»
Brilyant paytaxtı BelçikaBelçikanın Antverpen şəhəri hazırda dünyanın ən iri almaz ticarəti mərkəzidir və burada almaz bazarının illik dövriyyəsi 23 milyard dollardan çoxdur. Anterpenin almaz bazarında bəzən hətta ən iri əqdlər müqavilə imzalanmadan bağlanılır, sadəcə olaraq, tərəflər bir-birinin əlini sıxırlar. Bu səbəbdən də Antverpenin dünyanın «Brilyant paytaxtı» adlandırılması təsadüfi deyil.
Bu gün dünyanın bir çox ölkələri qiymətli almaz yataqları ilə zəngindir. Amma almazçıxarma üzrə lider ölkələr bunlardır: Botsvana, Rusiya, Kanada, Cənubi Afrika Respublikası, Anqola, Namibiya, Tanzaniya. Hazırda dünya bazarına çıxarılan almazın 50 faizi Botsvana, Cənubi Afrika Respublikası, Namibiya və tanzaniyanın payına düşür.

Ən bahalı tapıntını necə qoruyurlar?

İndiyədək ən iri almaz Cənubi Afrika Respublikasında (CAR) tapılıb. Tapılan qiymətli daşın ölçüsü təxminən 7 min karatdır. Bu isə yarım kq deməkdir (1 karat=0,2 qram). Maraqlıdır ki, indiyədək həmin almaz parçasının qiyməti, onun tapıldığı mədən və bu nadir daşı tapan şirkətin adı açıqlanmır. Sözügedən tapıntı Yohannesburq şəhərindəki zirehli saxlanma məntəqəsində qorunur. Qeyd edək ki, bu hadisəyədək dünyada tapılan ən iri almaz «Kullinan» adlanırdı və onun çəkisi 3106 karat idi. Həmin almazdan 9 iri brilyant (kiçiklər istina olmaqla) alınıb ki, həmin qiymətli daşlar hazırda Britaniya Krallığının xəzinəsindəki kolleksiyaya daxildir. «Kullinan» da CAR-da aşkar olunub.
Çoxları almazın şəffaf, rəngsiz olduğunu düşünür. Amma dünyada onun rəngli növləri də məlumdur. 2006-cı il aprelin 11-də ABŞ-ın Nyu-York şəhərindəki «Kristie» auksionunda rəngli brilyantlar klleksiyası nümayiş etdirilib. Bu nadir incilər sırasına boz-mavi, qırmızı, göy, narıncı, qızılı rəngli brilyantlar daxil idi. Həmin auksionda onlar olduqca baha qiymətə satılıb. Məsələn, həmin hərracda kolleksiyaya daxil olan «böyük ağ almaz» adlı 84 karatlıq brilyant 16 milyon 200 min dollara satılıb.
Qiymətli metallar (qızıl, gümüş və s.) və daşların qiymətləri artıb-azala bilər. Amma almaz (brilyant) yeganə qiymətli daşdır ki, onun qiyməti heç vaxt enmir.


Tarix: 26.11.2014 / 11:25 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Maraqlı Melumatlar
loading...