Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SOS - son 50 ildə insanlar nələri tükəndirmiş?

İnsanlar son 50 ildə dünyanın balıq ehtiyatının 90%-ni məhv ediblər.

Okeanın məşhur balıq rayonlarının 22 faizi artıq tükənmiş və yaxud həddindən artıq istismara məruz qalmışdır. Bu ehtiyatların 44 faizi isə artıq tükənmək ərəfəsindədir.

Yeyilə bilən balıq növlərini istismar etməkdən əlavə, biz hər il dənizlərə, okeanlara 27 milyon ton tullantı axıdırıq. Bəzi ərazilərdə dənizin dibi bu tullantılardan elə bətbad vəziyyətə gəlmişdir ki, artıq burada heç bir canlının yaşaması üçün şərait qalmamışdır.

İnsanlar son 50 ildə dünya meşələrinin 70%-ni məhv edib.

Yer kürəsində qalmış 30% meşə ehtiyatları hissələrə bölünüb və burada meşələrin qırılması ildə 50 kvadrat mil sürətlə gedir.

İnsanlar son 50 ildə 45 mindən çox gölü çirkləndirib.

Hər il kimyəvi müəssisələr göllərə 70 000 tondan çox kimyəvi məhlullar, zəhərli tullantılar axıdır. Bu rəəqmin çox cuzi hissəsi insan həyatı və ətraf mühit üçün zərərli deyil.

Son 50 ildə insanlar bütün növ quşların dörddə bir hissəsini məhv edib, onların 11 faizi isə məhv olmaq həddindədir. Bundan əlavə, 18 faiz məməli heyvan, 5 faiz balıq və bitkilərin 8 faizi məhv olmaq həddindədir.

Ümumilikdə isə, planetin məşhur resurslarının 30%-i tükənmişdir. Bununla bərabər planetin əhalisi sürətlə artmaqdadır.


Tarix: 10.12.2014 / 18:44 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Maraqlı Melumatlar
loading...