Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Hot dog"un tarixcəsi

“Hot Dog”u tam cəsarətlə Amerika mətbəxinin klassikası adlandırmaq olar.

Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-ın simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) “Hot dog” ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir.

1900-cü ildə Almaniyadan ABŞ-a gəlmiş qəssab Çarlz Feltman burada “Hot dog”un kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişir. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü. O dövrlər bu, çox böyük bir miqdarda pul demək idi.

1957-ci ildən ABŞ-nın Ticarət Palatası tərəfindən “Hot dog” günü rəsmiləşdirilmiş, bundan 37 il sonra isə “Hot dog və sosislər” Milli Şurası yaradılmışdır.

Hələ çox-çox əvvəllər də öz dadı və ləzzəti ilə ad qazanmış bu populyar yeməyin adının haradan və necə yaranması ilə bağlı çoxlu araşdırmalar aparılmışdır. Belə ki, “Hot-dog” sözünün hərfi mənası “isti it” deməkdir. Bəzi tarixçilər təsdiq etməyə çalışmışlar ki, “Hot dog” söz birləşməsi ilk dəfə alman qəssabı İohann Lanner tərəfindən işlədilmişdir. O, böyük sosisləri “balaca itlər” adlandırmışdır (“Dachshund”).

Digər tarixçilər isə bu sözün amerikada yarandığını təsdiqləməyə çalışmışlar. Belə ki, guya, Nyu-Yorkda, XX əsrin əvvəllərində benqallarla keçirilən matç zamanı satılan sosislərlə bağlı bu ad yaranmışdır. İlk öncə “Hot dog” sözünü karikaturaçı Ted Dorqan öz karikaturalarında işlətmişdir. Öz karikaturalarını belə adlandırmaqla o, benqallıların bu yeməyi it ətindən hazırladıqlarına işarə etmişdir. Bəzi tarixçilər isə bunu təsdiq etməyə çalışmışdılar. Tarixçilərin dediklərinə görə, bu cür sosislər XIX əsrin ortalarında benqaliyada it ətindən hazırlanışrmış və bu səbəbdən də o zamanlar bu cür sosislər “Hot dog” – yəni, “it ətindən hazırlanmış isti sosislər”- adlandırılırdı.

Bu dadlı yeməyə verilən “Hot dog” adının harada və necə yaranması bir yana, qeyd etmək lazımdır ki, bu yemək yarandığı zamandan indiyədək tək ABŞ-da deyil, bir çox ölkələrdə ən populyar yeməklərdən hesab olunur. Onu da qeyd etmək lazımdır ki, Amerikanın “bədbəxtçiliyi” hesab edilən köklüyü yaradan da elə bu cür fastfoodlardır.

“Hot dog və sosislər” Şurasının verdiyi məlumatlara əsasən, hər bir amerikalı il ərzində ən azı 60 Hot Dog yeyir.

“Hot dog”un zərərləri haqqında çox danışılsa da, “Hot dog" həvəskarları yenə də bu yeməyin dadını çıxarmaqda davam etməkdədirlər. Hər il iyulun 18-i Beynəlxalq “Hot dog” Günü kimi qeyd edilir.


Tarix: 26.11.2014 / 18:29 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqlı Melumatlar
loading...