Dünyanın hər yanı maraqlı, qeyri adi məkanlarla boldur. Bu məkanlar memarlığı ilə görənləri heyrətə salır.
İtaliya, Bari — Alberobello. Tarixi qəsəbədir.
Burada 11.000 nəfər yaşayır. 14-cü əsrdən qalma əsrarəngiz bir şəhərdir. Bura UNESCO mədəni irs siyahısına daxil edilib. Trulli adı verilen evlər qarışqa yuvalarını xatırladır.
Yəmən — «Al Hajjerah»
Ərəbistan yarımadasının ən maraqlı yaşayış məskənlərindən biridir. Qayalıq üzərində qurulan evlərdən ibarətdir. 16-cı əsrin memarlıq nümunəsindəki evlərdən aşağı baxmaq belə çox qorxuludur. çünki insanın içində hər an aşağı yuvarlanacağı qorxusu hakim olur.
Portuqaliya — Monsanto
Portuqaliyada turistləri ən çox təəcübləndirən məkanlardan biridir. Nəhəng qayaların altında inşa edilən evlər insanda təşviş hissi yaradır. Bu evlər qaya altında qalaraq əzilmiş görüntüyə sahibdir.
İspaniya — Setenil
Təbii daşları inşaat materialı kimi istifadə edən insan oğlu möcüzələr yaradıb.
Çin — Chuxi
Chuxi «tulou» adlı binaların çoxluq təşkil etdiyi qəsəbədir. 2008-ci ildə UNESCO dünya mədəni irs siyahısına düşüb. Tulou — ortası boş dairə formalı evlərə verilən addır. Ən böyük tulou 1419-cu ildə inşa edilib. Kənardakı dairə 4, içəridəki isə 1 mərtəbəlidir.
Türkiyə — Göreme
Kapadokya bölgəsindəki Göreme pəri bacaları ilə məşhurdur. Gizli labirintlər və inanaılmaz memarlıq bir aradadır. Bu mənzərə qayaların külək və su erroziyası nəticəsində formalaşıb. Burdakı yer altı şəhəridə gəzmək məsələhətdir.
İran — Kandovan
Təbriz yaxınlığındakı Kandovan 800 illik qəsəbədir. Burada 670 adam yaşayır. Evlər qayalar oyularaq inşa edilib. Evlərin isinmə və soyutma sistemi yoxdur. Bu işi qayalar özü görür.
Tarix: 10.12.2014 / 18:30 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Maraqlı Melumatlar