MERSEDES-BENZ Oğruların ən çox rəğbət göstərdiyi bir fiqurdur. Dünyada ən çox tanınan markalar arasında yerini alan Mersedesin, üç ayaqlı ulduz fiquru, markanın quru, hava və sudakı gücünü təyin edir. Mersedes embleminin icadçısı Daimlərdir… Mersedes emblemi, dünyada ən çox tanınan marka olmanın yanında ən çox oğurlanan fiqur olaraq da ilk sıranı tutur.
FERRARI – Hədiyyəlik at. İtalyan kontesin 1923-cü ildə firma qurucusu Enzo Ferrariyə hədiyyə etdiyi at maskot, Ferrarinin emblemini təşkil etdi. Emblemdəki əsas rənglər sarı ilə qırmızı, firma sahibinin yaşadığı qonşu şəhər Modenanı və yarışa olan sevgini göstərir.
BMW — Mükafatlı sual: “BMW emblemində nə görürsünüz?” Əksəriyyətin cavabı: “ikisi mavi, ikisi də ağ dörd ədəd sahə” olar hərhalda. Bu cavaba qatılan birisənsə, cavabınızın bir az zəif olduğunu qəbul etməniz lazımdır. Çünki emblemdəki bu dörd sahə, fırlanan bir pərvanəni göstərir. Adının açıq yazılışı “Bayerischen Motoren Werke” olan firma, Birinci Dünya Döyüşündə təyyarə mühərrikləri istehsal etdi. 1923-cü ildə istehsala başlanan R 32, markanın ilk motoleti oldu. BMW markasına sahib ilk avtomobil olan Dixi isə 1929-cu ildə buraxılmışdı. Mavi-ağ rəngli simvol 1917-ci ildən bu yana qorunduğundan, bu günə qədər logonun yalnız detallarında kiçik dəyişmələr reallaşdırıldı.
AUDI- Dörd halqa… Emblemdəki dörd üzük avtomobil birliyi üçün bir araya gəlib ittifaq quran dörd firmanı bildirir. Audi adı, firmanın köhnə idarəçilərindən olan mühəndis August Horch tərəfindən verildi. Markaya öz adını verməyən Horch, Latıncadakı əvəzləyicisi olan Audini tapdı.
APPLE -Dünya tərəfindən məşhur Apple firmasının logosundakı almanın yaranmasıyla əlaqədar bir çox hekayə var. Bunlardan ilki belə: Uşaqkən, yoxsul bir ailədən gələn Steve Jobsun, məktəbdə günortan yeməyi bir alma olur. Yoldaşlarının yemək çantalarında növ növ peçenyelər, bulkilər, kökələr varkən onun çantasında hər vaxt alma vardır. Kaliforniyanın Cupertino qəsəbəsində 1 Aprel 1976da qurulan və dünyanın ən bilinən firmaları arasına girən kompüter markasının həm adı həm də emblemi almadır. Yoxsulluqla keçən uşaqlıq illəri Steve Jobsa ‘Appleni ilham etmişdir. APPLE Apple logusuyla əlaqədar bir başqa şəhər əfsanəsi də Steve Jobsun sevgilisinin xarab bir alma yeyərək ölməsi nəticəsində onu sonsuza qədər yaşatma istəyiylə bu logoyu seçdiyinə dairdir.
COCA COLA- Coca Colanın icadçısı Dr. Pembertonun ortağı və eyni zamanda muhsebecisi Frank Robinson, iki C hərfinin mükəmməl bir estetik yaradacağını düşündü və öz əl yazısıyla Coca Colanın bu günə qədər dəyişmədən gələn logosunu yaratdı. Logonun mənasını “Mükəmməl və Təzə” olaraq ifadə edir.
NIKE- Nikenin işçilərindən Jeff Johnson, bir gecə yuxusunda Yunan tanrısı Nikeni görür. Müdiri Phil Knight, buraxdığı məhsul üçün ‘Dimension 6′ adını istifadə etməni düşünərkən, bu yuxu markanın adının dəyişməsində təsirli olur. Məşhur idman mağazası Nike adını alarkən, logo da 35 dollara bir şagirdə hazırladıldı.
GOOGLE- Google, “googol” sözcüyünün üzərində oynanılmasıyla ortaya çıxmışdır. Edward Kasner adındakı Amerikalı riyaziyyatçının qardaşı oğlu Milton Sorotta tərəfindən çıxarılmış olan “googol” sözcüyü 1 və onun ardından 100 sıfırın gəlməsiylə ibarət olan rəqəmi ifadə edən riyazi bir termindir. Googlenin bu termini istifadə etməsi, şirkətin vebdəki və dünyadakı məlumat selini təşkil etmə missiyasını əks etdirər.
Tarix: 10.12.2014 / 18:38 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: Maraqlı Melumatlar