Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl yataqları bitkilər vasitəsilə aşkar ediləcək

Avstraliyalı alimlər yeraltı qızıl ehtiyatlarının bitkilər vasitəsilə axtarılması üsulunu təklif ediblər.

Ağac tərkibində aşkar edilmiş qızıl zərrəciklərini təhlil etdikdən sonra alimlər bu məlumatın həmin ərazidə yeraltı qızıl ehtiyatının mövcud olmasına birbaşa işarə etdiyini bildiriblər.

Elmi qrup Evkalipt ağacının qabığını və yarpaq-budağlarını rentgen şüası vasitəsilə müayinə edərək bitki materialında qızıl zərrəcikləri aşkar edib.

Tədqiatçılara görə, bu nəticə həmin ərazidə, torpağın altında, təxminən 30 metrlik dərinlikdə, işlənməmiş iri qızıl yatağının mövcudluğuna işarə edə bilər.

Avstraliyalı alimlər bu üsulun yeraltı mineralların axtarış və kəşfi sahəsində yeni istiqamətə yol açdığını zənn edirlər.

Ekspertlər bu üsulun ənənəvi geoloji üsullardan daha ucuz və ətraf mühit üçün daha az zərərli olduğuna diqqəti çəkərək, həmin texnologiyadan qızıl ilə bərabər digər mineralların da, o cümlədən, mis, qurğuşun, sink kimi metalların axtarışında da istifadə oluna biləcəyini qeyd edirlər


Tarix: 10.12.2014 / 18:32 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Melumatlar
loading...