Nyu-Yorkda 426 m hündürlüyü olan dünyanın ən yüksək «432 Park-Avenyu» yaşayış göydələninin tikintisi başa çatıb. Bu bina Nyu-Yorkda ən hündür ikinci tikilidir. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib.
Manhettenin mərkəzində 56-cı və 57-ci küçələr arasında yerləşən Park-avenyu 96 mərtəbədən ibarətdir. Hazırda bina sadəcə yerləşdiyi ünvanla «432 Park-avenyu» adlandırılır. Göydələnin rəsmiləşməsi ilə əslən macar olan Rafael Vinyoli məşğul olur.
Elit binanın sakinləri şəxsi restoran, bağ, spa və sauna ilə fitnes mərkəzi, masaj kabinetləri, hovuz, kitabxana və bilyard zalından istifadə edə biləcəklər. Bundan başqa, orada, həmçinin çaxır zirzəmisini yaratmaq planlaşdırılır. Sakinlər gəzinti üçün terras və qolf meydançasından istifadə edə biləcəklər.
İlk sakinlər binada təxminən bir ildən sonra məskunlaşacaqlar. Ümumilikdə göydələndə hər birinin dəyəri 7 milyondan 80 milyon dollaradək olan 104 mənzil var. 2015-ci ildə «432 Park-Avenyu» ilə eyni hündürlükdə olacaq daha 3 binanın; «217 West 57th Street», «111 West 57th Street» və «125 Greenwich Street» yaşayış binalarının tikilməsi planlaşdırılır. Məlumatı RİA Novosti xəbər agenliyi yayıb.
Tarix: 26.11.2014 / 19:04 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Melumatlar