Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asqırmaq

Asqırmaq — insan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır.

Bu qoruyucu refleks, insan və heyvanlara aiddir. Asqırmaq, həmçinin bir sıra respirator və allergik xəstəliklərin əlamətləri ola bilər. Bu məqaləmizdə sizə, insan niyə asqırır, asqırmağın mexanizmi və asqırmaq haqda bir sıra maraqlı faktları təqdim edirik:

1. Asqırmağa ən çox səbəb olan əlamətlər;

— Müxtəlif allergenlər: bir çox insanlarda allergiya yaradan bitkilərin tozcuqları, adi toz, kəpək, müxtəlif heyvanların tükləri və s.

— Kəskin qoxu: tütün tüstüsü, aerozollar, parfümeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, çirkli hava və s.

— Burunda poliplər.

— Ətraf mühitdə temperaturun kəskin dəyişməsi.

— Bəzi hallarda fiziki yüklənmə hallarında, hiperventilyasiya (intensiv nəfəsalma) zamanı burun yolu və ağız quruduqda.

— Gözlərin parlaq işıqdan qıcıqlanmas( əsasən günəş işığından)

— Soyuq havalarda, asqırmaq adətən soyuqdəymə və ya yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri zamanı.

— Həmçinin hamiləlik zamanı baş verir ki, buna səbəb hormonal dəyişikliklərdir.

2. Asqırmanın mərkəzi — uzunsov beyin sayılır. Uzunsov beyin həmçinin, öskürmə, qusma, göz yaşının ifraz olunması və göz qırpması kimi müdafiə reflekslərinin mərkəzidir. Beyinin bu hissəsi zədələndikdə, bu refleksləri itirmək mümkündür.

3. Asqırmaq, anadangəlmə refleks olduğuna görə, başladıqda onu dayandırmaq mümkün deyil. Proses qeyri ixtiyari başlayıb, heç bir kontrola tabe olmur.

4. Asqırmanı saxlmaq ziyandır. Burunu sıxıb, ağzınızı bağlayaraq, asqırmanı saxladıqda, siz, qulaq pərdəsini zədələmə təhlükəsi yaradırsınız. Çünki təzyiq burun- udlaqla orta qulağı birləşdirən, Evstaxiev borusuna yönlənir. Bu prosesi saxladıqda, qan damarlarının partlaması, burundan qan axma, baş ağrısı, bəzi hallarda görmə qabiliyyətini itirmə kimi hallara rast gəlinir. Bundan əlavə asqırma zamanı orqanizm mikrob və allergenlərdən azad olur.

5. Yuxuda asqırmamağımızın səbəbi odur ki, asqırmağa cavab verən sinirlər də bu zaman istirahət edir.

6. Asqırma zamanı nə baş verir? İlk olaraq, qıcıqlanma baş verir, dərin nəfəs alınır, ciyərlər hava ilə dolur, asqırma zamanı gözlər və səs bağları qapanır, qabırğarası əzələlər, diafraqma, udlaq əzələləri və qarın əzələləri yığılır,döşdaxili təzyiq kəski n artır və nəhayət səs bağları açılaraq, burun- udlağın açılması ilə kəskin nəfəs vermə baş verir.

7. Asqırma zamanı havaya 100000 mikroorqanizm atılır. İnsan asqırdıqda burun və ağzını tutmadıqda ətrafında olan 150 insana bakteriya ötürə bilər.

8. Sonda isə bu təbii bir refleks olduğuna görə, aydın olur ki nahaq yerə baş vermir. Bu proses orqanizmi qoruyur və immun prosesin əsasını təşkil edir. Asqırmaq, yuxarı tənəffüs yollarından bakteriyalar və yad cisimlərin qovulmasını təmin edərək, sağlamlığımızı qoruyur.


Tarix: 26.11.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqlı Melumatlar
loading...