Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya ölkələri haqqında maraqlı məlumatlar

1. Fransanın 12 zaman qurşağında torpaqları var. 11 zaman qurşağında olan torpaqları ilə siyahıda 2-ci yerdə ABŞ, 3-cü yerdə isə Rusiya durur – 9 zaman qurşağı



2. Dünyada ən çox dilin danışıldığı ölkə Papua Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, əhalinin yalnız 1.2%-i ingiliscə bilir. Ölkədə 820-dən çox dildə danışılır.



3. Təhsilli insanların sayına görə Kanada dünyada birincidir. Ölkə əhalisinin 50%-i təhsillidir. İkinci yerdə 45%-lə İsrail, üçüncü yerdə isə 44%-lə Yaponiya durur.



4. Misir e.ə. 3100-cü ildə əldə etdiyi suverenliyi ilə dünyada ən qədim suveren dövlət hesab olunur.



5. Kanadada 3 milyondan çox göl var və ölkənin 9%-ni təşkil edir. Dünyada olan göllərin 60%-indən çoxu Kanadanın sərhədləri daxilindədir.



6. Rusiya dünyada ordusunda tankların sayına görə birinci ölkə hesab olunur: 21.000.



7. Demək olar ki, hər kategoriyada – mədəni, iqtisadi, iqlim, irqi, dini, dil və etnik baxımdan Hindistan dünyada ən çox müxtəlifliyi olan ölkələrdəndir



8. Dünyadakı meşələrin təqribən 25%-i Rusiyanın Sibir vilayətinin payına düşür.



9. Dünyadakı tiryək istehsalının 95%-i Əfqanıstanın payına düşür



10. Məsələ insanları həbs etməyə gələndə ABŞ burada birincidir. Həbsxanalarda olan 2.2 milyon insan ölkə əhalisinin 4%-ni təşkil etsə də, dünyada həbsxanalarda olan insanların 25%-ni özündə cəmləşdirir. 1.5 milyonla Çin 2-ci, 870 minlə Rusiya 3-cüdür.


Tarix: 26.11.2014 / 19:06 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqlı Melumatlar
loading...