Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.
Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. Nature dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var. Qədim qalıqlar İspaniyanın şimalında, Burqos şəhəri yaxınlığındakı Atapuerka təpələrindəki bir mağarada aşkar edilib. Tarixləndirmə texnologiyaları vasitəsi ilə müəyyən edilib ki, həmin daşlaşmış çənə və dişlərin bir milyon 200 min yaşı var. Qalıqlarla birgə bir neçə daş aləti də tapılıb. Avropada məlum olan ən erkən insanın tarixi son vaxtlar daim geriyə atılır. Son onilliyə qədər hesab olunurdu ki, yer üzündə ən qədim insan təxminən yarım milyon il bundan əvvəl yaşayıb. Amma son illərin arxeoloji tapıntıları insanın bundan da erkən tarixi dövrlərdə yaşadığına dəlalət edir. Bu son tapıntının bizim birbaşa əjdadımızın qalıqları olub-olmadığı isə ayrıca bir məsələdir. Avropada aşkar edilmiş erkən homosların, müasir insanın yoxsa artıq yoxa çıxmış neandertalın və ya hər ikisinin əcdadı olub-olmaması ətrafında mübahisələr hələ də davam edir.
Tarix: 26.11.2014 / 11:13 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı Melumatlar