Təbiətdə hər şey gözəldir.İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər,onların ətri,rəngarəngliyi daha gözəl bəzəyir.Çiçək və güllər insana sevinc,fərəh,inam gətirir.Buna hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər,onlara rəmzi mənalar vermişlər.Bunlardan aşağadakılar daha geniş yayılmışdır:
Qızıl gül,qırmızı rəng --- məhəbbət və həyat,razılıq almaq,təntənə,qələbə
Qərənfil --- ehtiras
Su zanbağı --- su pərisi
Astra --- qəm-qüssə,xatirə
Sarı gül --- ayrılıq
Qanqal --- dəlicəsinə sevmək, "sevgidə qorxu bilmir"
Limon yarpağı --- sevdiyi qızın razılığını almaq
Mavi rəng --- suya,havaya oxşatma,sakitləşdirici əlamət
Çəhrayı rəng --- gənclik, gözəllik, hörmət, səmimilik əlaməti
Boz şəbəgülü --- barışıq
İnciçiçəyi --- səni sevirəm
Tam açılmış gül --- ötən günləri xatırlamaq
Yarı açılmış gül --- yeni gün
Qönçə və tumurcuq --- gələcəyə inam
Ağ rəng --- bitərəf,habelə təmizlik və saflıq əlaməti
Yaşıl --- cəlbedici, yorğunluq aradan qaldıran, sakitləşdirici əlamət
Bundan sonra birinə gül verərkən daha diqqətli olaq.
Tarix: 26.11.2014 / 11:11 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Maraqlı Melumatlar