Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Faktlar))

Armud ağacının elə növü vardır ki, onun meyvəsi çiçəkdən deyil, yarpağından yaranır.

Hindistanın Hürcəvat vilayətində Qalir Qanda adlı bitki var. Həmin bitkidən yeyən adam bir həftədən çox aclıq hiss etmir.
Dünyada ən çox ömür sürən gül orxideya gülüdür, səksən gün yaşayır.


Mərkəzi və Cənubi Amerikada “süd ağacı” becərilir. Onun qabığını çərtəndə südə oxşar və süd dadı verən şirin şərbət süzülür. Çərtilmiş ağac bir litrədək “süd” verir, o da havada tez qatılaşır və acı olur. Yapışqana bənzər şərbəti qaynadıb muma oxşar maddə alırlar, ondan da şam düzəldirlər.

Yer üzərində ən qəribə göl Karib dənizindəki Trinidad adasındadır. Bu göl sudan deyil, ərinmiş asfaltdan ibarətdir.


Konqodakı çaylardan birini ilk dəfə görən ağ adam Livinqston “Aruvimi” adlandırmışdır. Bu belə olmuşdur: Livinqston yerlilərdən “Bu çay necə adlanır?” - deyə soruşduqda “Aruvimi” cavabını almışdır. Demə, yerli ləhcədə bu sözün mənası “O, nə dedi?” imiş. Livinqston verilən cavabı başa düşmədiyindən çayı “Aruvimi” adlandırmışdır.

Əvvəllər belə güman edirdilər ki, timsah öz ovunu aldatmaq üçün yalandan göz yaşı tökür. Buna görə də el arasında bəzən belə deyirlər: “Timsah kimi nə göz yaşı tökürsən?” Lakin alim-bioloqlar - isveçli Fenise və amerikalı Nelson bu böhtanı timsahın üzərindən götürmüşlər. Onlar müəyyən etmişlər ki, timsahlar bədənlərindəki artıq duzu ifraz etmək üçün göz yaşı axıdırlar.


XIX əsrin əvvəllərində İngiltərədə şlyapa üçün vergi alınırdı. Verginin ödənilməsinə dair möhür şlyapanın astarına vurulurdu. Möhürsüz şlyapa qoyanlar on funt sterlinq cərimə olunurmuşlar.

Çin imperatorları saray həkimlərinə maaşı aşağıdakı qaydada verirmişlər. İmperatorun dörd həkimi varmış, onlara hər həftə maaş verilirmiş. Lakin imperator xəstələnəndən sağalanadək həkimlərin maaşını kəsirmiş. Deyildiyinə görə, Çin imperatorları nadir hallarda xəstələnərmişlər.


Tarix: 26.11.2014 / 11:02 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Maraqlı Melumatlar
loading...